Rəşidə Behbudova qəzəbləndi:"Daha susmayacam!"
Bizi izləyin

Tabloid.az

Rəşidə Behbudova qəzəbləndi:"Daha susmayacam!"

O atasının 25 illiyinə həsr olunmuş tədbirlərin keçirilməməyindən pis olduğunu və bundan sonra susmayacağını söyləyib.

Bu gün SSRİ Xalq artisti Rəşid Behbudovun vəfat ildönümüdür.

Görkəmli müğənni, ictimai xadim, vətənpərvər Rəşid Behbudovun əziz xatirəsi xalqın qəlbində həmişə yaşayır. Əslən Şuşadan olan sənətkar 1915-ci ildə Tiflisdə, vaxtilə bütün şərqdə tanınan xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. İfaçılığa 1930-cu ildən Tiflisdə başlayan korifey Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet teatrının solisti, dövlət konsert ansamblının təşkilatçısı və rəhbəri olub.

1966-cı ildə isə o, musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən mahnı teatrını təşkil edərək, oranın solisti və bədii rəhbəri olub. Səhnədə olduğu 55 il ərzində Rəşid Behbudov dünyanın 100 dən çox ölkəsinə səfər edib. Dövrünün Stalin, Mao Dze Dun, Cavaxrlal Neru, İndira Qandi, Suleyman Dəmrəl, Brejnev kimi məşhur siyasi-ictimai xadimləri Behbudovun səsini dinləmək üçün onun konsertlərinə gəlib. Korifey həm də milli kinomuzda yaratdığı bənzərsiz rollarla da yadda qalıb.

Qeyd edək ki, Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.

Dahi sənətkarın qızı Rəşidə xanım onlara diqqətin olmadığından şikayətlənib. O, mərhum atasının 25 illiyinə həsr olunmuş tədbirlərin keçirilməməyindən pis olduğunu və bundan sonra susmayacağını deyən R. Behbudovaya Mədəniyyət və Turizm Nazirliyinin mətbut xidmətinin rəhbəri Zöhrə Əliyeva cavab verib.

O, Rəşid Behbudov unudulacaq insan, sənətkar olmadığını deyib. "O hər kəsin qəlbində yaşayır. Hər il olduğu kimi bu ildə sənətkarın qəbri ziyarət ediləcək. Bu il Azərbaycanın dahi sənətkarı Rəşid Behbudovun anım günü dövlət səviyyəsində qeyd edilməyəcək. Amma bu, Rəşid Behbudovun yaddan çıxması anlamına gəlmir. Sadəcə olaraq əlamətdar tarixlər var ki, onlar təntənə ilə qeyd edilir".

Zöhrə Əliyeva bildirib ki, hər il Rəşid Behbudovun doğum tarixini onun adını daşıyan Mahnı Teatrının kollektivi və mədəniyyət xadimləri qeyd edir, dahi sənətkarın məzarını ziyarət edirlər. Hətta nazir Əbülfəs Qarayev də bu tədbirlərə qatılır.

Bundan əlavə olaraq Z.Əliyeva vurğulayıb ki, gələn il Rəşid Behbudovun 100 illiyi təntənəli şəkildə qeyd ediləcək, nazirlik bu mərasimə xüsusi olaraq hazırlaşır.

ANS PRESS

Oxumağa davam et
Reklam
Reklam

Gündəm