Boşanma uşağın inkişafını tormozlayır
Bizi izləyin

Tabloid.az

Boşanma uşağın inkişafını tormozlayır

Valideynlər arasındakı narazılıq və boşanmalar uşaq psixologiyasına mənfi təsir göstərən faktorlardan biridir. Mütəxəssislərin fikrincə, boşanma halları daha çox uşaqların sağlam inkişafına mənfi təsir göstərir. Uşaqlar bir çox hallarda böyüklərin sözləri

Valideynlər arasındakı narazılıq və boşanmalar uşaq psixologiyasına mənfi təsir göstərən faktorlardan biridir. Mütəxəssislərin fikrincə, boşanma halları daha çox uşaqların sağlam inkişafına mənfi təsir göstərir. Uşaqlar bir çox hallarda böyüklərin sözlərinə qulaq asmır, tez-tez ağlayır, özlərini yalnız hiss edərək özlərinə qapılırlar. Bəzilərində isə yuxsuzluq kimi əlamətlər və ruh sağlamlığında problemləri yaranır.

Bu cür hallarla 4 yaşında olan uşaqlar da üzləşirlər. Böyüdükcə valideynə qarşı münasibətlərində dəyişmələr olur. 5-8 yaş arasında olan uşaqlar, valideyn yoxluğunu daha çox hiss etməyə və soruşmağa başlayırlar. Onlarda instiktiv olaraq valideynləri təkrar birləşdirmə istəyi yaranır.

Onu da qeyd etmək lazımdır ki, bəzi uşaqlarda 9 yaşından etibarən mücərrəd düşüncələr də inkişaf edir. Uşaq, bu yaşdan etibarən, boşanmanın hüquqi ölçüsünü dərk edir. Bu baxımdan yetkinlik dövrünə qədər olan müddətdə ana və atanı təkrar bir araya gətirmək istəyirlər. Bunlar isə son nəticədə uşaqların intellektual inkişafına və arzularına mənfi təsir göstərir. Bu səbəbdən valideynlərin verəcəyi qərarlar bir daha nəzərdən keçirilməli və qarşılıqlı güzəştə gedilməlidir. Çünki, nümunəvi ailələrdə uşaqların sağlam inkişafı təmin edilir. Uşaq psixologiyası da heç bir zərər görmür.

Lakin hər iki valideyn boşanmaqla əlaqədar qəti qərara gəliblərsə bu vəziyyəti uşaqlara düzgün yola izah etməyi bacarmalıdırlar. Belə olduqda sonradan ailə daxilində ciddi problemlər yaranmır və uşaq psixologiyası daha az zərər görür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm