Artıq çəkidən xilas edən 5 qida
Bizi izləyin

Tabloid.az

Artıq çəkidən xilas edən 5 qida

Çəki atmaq səbir və vaxt tələb edir. Bəzi yeməklər insanı daha çox yeməyə sövq edir. Bəzi qidalar isə əksinə çəki atmağa kömək edir və sürətlə arıqladır. Bu yazıda həmin qidaların adlarını öyrənəcəksiniz.

Çəki atmaq səbir və vaxt tələb edir. Bəzi yeməklər insanı daha çox yeməyə sövq edir. Bəzi qidalar da isə əksinə çəki atmağa kömək edir və sürətlə arıqladır. Bu yazıda həmin qidaların adlarını öyrənəcəksiniz.

Yulaf əzməsi - Səhər yeməyində bir boşqab yulaf əzməsi yesəniz, günə həm enerjili başalayar, həm də uzun müddət özünüzü tox hiss edərsiniz. İdmanla məşğul olanlara əzələ yığmağa kömək edir, immun sistemini gücləndirib xəstəliklərə qarşı müdafiə mexanizmi rolunu oynayır.

Qatıq - 100 qramında 50 qram kalori var. Demək olar ki, istənilən vaxt yeyilə bilər. Metabolizmanı yaxşılaşdırır, eyni zamanda, yağları yandırır. Aclıq böhranında bir boşqab qatıq və bir dilim kəpəkli çörək toxluq hissi aşılayır.

Qreyfurt - Greyfurt artıq çəki ilə mübarizə aparan ən yaxşı meyvədir. Yeməkdən əvvəl yarım qreyfurt yemək yağları yandırmağa kömək edir. Yarım qreyfurtda sadəcə 39 kalori var. Qreyfurtun suyu da metabolizmanı gücləndirir. Beren Saat da ideal formasını qreyfurt suyuna borcludur.

Şor pendir - Az yağlı şor pendir əzələləri möhkəmləndirir. Şor pendir çox rahat həzm olunur. Salatlara əlavə etsəniz, arzuladığınız bədən quruluşuna çox tez qovuşarsınız.

Brokoli - Bir porsiya brokoli 30 kaloridən azdır. Brokolinin saymaqla bitməyən faydaları var. Buna görə də, ən çox istifadə edilən pəhriz yeməyidir. Toxluq hiss verərək aclığı öldürür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm