• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ağ şalvarları nə ilə uyğunlaşdırmaq olar? - FOTOLAR

Ağ şalvarları nə ilə uyğunlaşdırmaq olar? - FOTOLAR

Modanı təqib edən xanımlar yaxşı bilirlər ki, yay aylarında ağ rəngli cinslər dəbdə olur. Ağ cinslər yaz qarderobunun əvəzolunmaz geyimidir. Son illərdə isə ağ şalvarlar qış qarderobuna da daxil ola bilib. Tabloid.az ağ şalvarları nə ilə uyğunlaşdırmağın yollarını təqdim edir:

Nə çox incə, nə çox dar - Hər şeydən əvvəl şalvarın materialına fikir verin. Parçası çox nazik olmamalıdır. Çünki nazik parçadan tikilən ağ şalvar alt paltarın görünməsinə səbəb ola bilər. Qalın parçadan tikilən cinslərdən istifadə edin.

Mavi cins köynək - Mavi rəngli köynəklə ağ şalvarın uyğunluğuna söz ola bilməz. Zəhmət çəkmədən mükəmməl görünmək istəyənlər, bu sintezə müraciət edə bilər. Ağ şalvarı mavi tonlarda naxışlı, ya da birrəng rəng oxford köynəkləri ilə geyinə bilərsiniz. Onları cins pencəklə də tamamlaya bilərsiniz.

Uzun və bol kəsimli köynək

Ağ şalvarları uzun və bol kəsimli köynəklə də uyğunlaşdıra bilərsiniz. Köynək bol kəsimli olduğu üçün altına asqılı bluz ya da şərf kimi aksessuarlar taxa bilərsiniz.

Blyezer (pencek)

Bleyzerlə ağ şalvarın eleqantlığından danışmağa gərək yoxdur. Mövsümün trend rənglərindən ilham alıb ağ şalvarı incə çəhrayı ilə birləşdirin. Gözəl yay günlərində əlvan rəngləri təcrübədən keçirməkdən çəkinməyin.

Rəngli stilettolar

Ağ şalvarla rəngli stiletto üslubunun incələyinə şübhə ola bilməz. Ağ şalvar və rəngli stiletto risk deyil, incə zövqün birləşməsidir. Boyunuzun qısa görünməsindən çəkinirsinizsə, geyimi ağ rəng stiletto ilə tamamlaya bilərsiniz.

Breton bluzla (breton -zolaqlı)

Zolaqlı köynək ağ rəngli şalvarla əla qalır. Üst hissədə zolaqların nazik olmasına fikir verin.

Ağ şalvar alarkən ölçüsünə diqqət edin. Xüsusən də 38 bədəndən yuxarı olan qadınların ağ, dar şalvar modellərinə müraciət etməyi tövsiyə olunmur. Kök xanımlara bol kəsimlər yaraşır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR