• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Seksual görünmək istəyən qadınların inanılmaz üsulları - FOTOLAR

Seksual görünmək istəyən qadınların inanılmaz üsulları - FOTOLAR

Qadın yarandığı gündən etibarən gözəl görünməyə can atıb. Amma onların gözəllik üsulları ildən-ilə dəyişir. Hər dəfə elə ağlasığmaz şeylər eşidirik ki, inanmaqda çətinlik çəkirik. Əvvəllər qadınların əməl etdiyi gözəllik adətləri tamamilə fərqli olub. Gözəl, seksual görünməyin də meyarları indikindən xeyli fərqlənirdi. Məsələn, aşağıda danışacağım gözəllik ritualları müasir dövrün qaydalarından tamamilə fərqlənir...

XIX əsrdə Barkham Burroughs “Faydalı məlumatlar ensiklopediyası” adlı kitabında qadınlara özəl bir bölmə hazırlayır və orada qadınlara gözəl görünmək üçün qəribə məsləhətlər verir.

Mümkündürsə, həftədə ən az bir dəfə yuyunun. Hətta qadın həftədə 3 dəfə kisələnərək çimməlidir.

Ev təmizliyində ammonyak - Ev təmizliyində istifadə edilən ən gigiyenik maddə hansıdır? Sabun? Xeyir, bu sualın cavabı ammonyakdır. Ammonyakı öz təmizliyiniz üçün də istifadə edə bilərsiniz. Belə ki, ammonyak suya qarışdırılsa, dəri məsamələrini açar. Ammonyak gübrə, dərman, boya, ətir kimi maddələrin sintezinin ilk mərhələsində istifadə edilir. Ammonyak canlılar üçün zəhərli bir maddədir, istifadə edərkən diqqət yetirilməsi vacibdir. Bir çox yerlərdə ammonyak adı altında satılan maddələr ammonyakın sulu məhlulu olan "Ammonium hidroksid"dir.

Gözlərinizi yuyun - Heç nə parlayan gözlər qədər çəkici ola bilməz. Gözlərdəki parıltını artırmaq üçün gözünüzə bir-iki damcı ətir damladın.

Üzünüzü yumayın - Üzünüzü qliserin yağı ilə silib pambıqla qurulayın. Gözəl və baxımlı qadınlar üzünü əsla yumaz. Belə ki, bir qadın 3 il üzünü yumasa, üzü günəş kimi parlayacaq.

Pəncərə kənarında çılpaq oturun – Bu yolla xüsusilə günəşli günlərdə bədəninizi nəmləndirərək gözəlləşməsini təmin edəcəksiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR