Ebru Gündəş atasını yalançı çıxartdı
Bizi izləyin

Tabloid.az

Ebru Gündəş atasını yalançı çıxartdı

Ebru Gündəş:“Atama hər ay pul göndərirəm”

Türkiyəli müğənni Ebru Gündəşin atasının səfil həyat yaşaması ilə bağlı xəbər vermişdik.

Bu gün Ebru Gündəş bu iddialara cavab verib.

Tabloid.az xəbər verir ki, Ebru Gündəş atası Rəmzi Gündeşin dediklərinin yalan olduğunu bildirib.

Alkoqolizmdən əziyyət çəkən atasının yaddaşının zəiflədiyini bildirən Ebru “ona hər ay pul göndərirəm. Belə dedi-qoduların yayılacağını bildiyim üçün göndərdiyim pulların qəbzlərini də saxlamışam”, deyib.

Ebrunun Bakırköydə atasına ev aldığı ancaq Remzi Gündeşin “ev istəmirəm, mənə maşın al, mağazamda xoşbəxtəm” deyərək evdən imtina etdiyi bildirilir.

Müğənninin bir neçə il əvvəl atasını alkoqolizmdən xilas etmək üçün xəstəxanaya da apardığı, ancaq bunun heç bir nəticə vermədiyi deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm