• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kəmalə:“Atam çox qəzəbli və əsəbi insandı” – FOTO

Kəmalə:“Atam çox qəzəbli və əsəbi insandı” – FOTO

Model və aktrisa Kəmalə Quliyeva Teleqraf.com saytına müsahibə verib. Aktrisa atası olduğunu iddia etdiyi xalq artisti, aktyor Nurəddin Mehdixanlıdan danışaraq, bəzi məqamlara aydınlıq gətirib:

- Nurəddin Mehdixanlının Facebook-dakı son açıqlamasından sonra hazırda münasibətləriniz nə yerdədir?

- Bu neçə gündə yazılan, deyilən söz-söhbətlərdən cana doymuşam. Atamla münasibətim sıx olmasa da, var idi. Onun adı ilə özümü reklam etməyimə gəlincə, istəsəydim, il yarım bundan öncə Nurəddin Mehdixanlının atam olması söhbəti ilə gündəmi zəbt edərdim. Bunu edən idimsə, onda edərdim, gündəmə gələrdim. Mən bu yaşıma qədər heç vaxt atamın adından istifadə etməmişəm. Buna heç bir zaman nə maddi, nə də mənəvi ehtiyacım olmayıb. Həyatım boyu o insanın adından istifadə etməmişəm.

- O, son statusunda Kəmalə adlı qızının olmadığını yazıb...

- Onun atam olmasını yəqin ki, yaxınlarımdan, ya da kimdənsə öyrəniblər. Daha sonra isə şəkillərimlə birgə sayta qoyulub. Mənim icazəm olmadan xəbər yayıblar. Çünki mən heç bir zaman istəməzdim ki, bunu xəbər etsinlər, danışsınlar. İstəmirəm ki, atamın adı hallansın. Daha sonra mənim “İnstagram” fotolarımı yaydılar. Jurnalistlər zəng etdilər, mən də danışmaq məcburiyyətində qaldım. Bizim aramızda xoş, normal münasibət var idi. Elə başlıqlarla xəbər yazırdılar ki, o insan da əsəbləşirdi. O, əsəbi, qəzəbli insandı. Şərhləri oxudu, əsəbləşdi. Bunun nəticəsində də səhvə yol verdi, məni inkar etdi. Başqa bir vaxt olsaydı, o, həyatı boyu belə bir şey etməzdi. Bilirəm ki, o, əsəbindən deyib ki, mənim belə bir qızım yoxdur. Sadəcə, o, bununla söz-söhbətə son qoymaq istəyir. Mənim özümü reklam etmək niyyətim yox idi. O, məni inkar etdikdən sonra məcbur qalıb, şəhadətnaməmi üzə çıxardım. Görsünlər ki, mən onun qızıyam. Bu vaxta qədər də heç kimə yalan danışmamışam. Heç kimə də böhtan atmıram.

- Doğrudur ki, siz Nurəddin Mehdixanlının qeyri-rəsmi nikahından olan övladısınız?

- Bəzi saytlarda şərhlər yazırlar ki, guya atamla anam evli olmayıblar, mən nikahdan kənar doğulmuşam. Atamla-anam rəsmi qaydada nikaha daxil olublar. Sadəcə, bu ailədir. Evlilikdən sonra boşanma halları olur. Atam aktyor olub, ətrafında qadın dostarı çox olub. Ailədir, anlaşılmazlıq, qısqanclıq olub. Atamın ailəsi dağılıb, boşanıblar. Ondan sonra isə atamla münasibətim qalmışdı.

- O, bildirib ki, sizdən açıq-saçıq geyimlərinizə görə imtina edib...

- Insanın əxlaqı, tərbiyəsi onun geyimi ilə ölçülməməlidir. Bizdə hamı açıq-saçıq geyinir. Xəbərə elə başlıq yazıb qoyurlar ki, adamın ürəyi bulanır. O, ciddi, ağır xasiyyətli, qəzəbli insandır. Atam heç bir zaman mənim bu sənətə gəlməyimə razı olmayıb. Fotosessiyalarım oldu, filmə çəkildim. O, mənə qadağa qoydu ki, fotosessiya olmayacaq. Mən artıq bir ildir ki, fotosessiya etmirəm. O, deyirdi ki ki, heç vaxt bu camiəyə girmə. Ancaq serialla çəkilirdim, o, hətta buna da qarşı çıxırdı. Halbuki, mənim heç vaxt şou-biznesə girmək fikrim olmayıb. Olsaydı, hansısa bir bəhanə və piarla bunu edərdim. Amma etməmişəm. Çünki gündəmdə olmağı sevmirəm, istəmirəm. Sakit, öz sənətimlə məşğul olmaq istəyirəm. Açıq-saçıq geyimləri hamımız geyinirik. Hamı qısa şortik, hər şey geyinir. “İnstagram”dan şəkillərimi götürüb, o cür başlıqlarla xəbərlər yazıblar, o da istər-istəməz qəzəblənib. O, çox ciddi bir insandır. Qəzəbindən elə danışmağa başladı. Mən bilirəm ki, özü də peşmandır.

- Övlad kimi addım atıb, onunla barışacaqsınız?

- O, mənim atamdır. Heç vaxt bunu inkar etməmişəm, etmirəm də. Sadəcə olaraq, atam mənə qarşı qəzəblidir, bu qədər!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR