Rəhim Rəhimli sözünün üstündə durdu
Bizi izləyin

Tabloid.az

Rəhim Rəhimli sözünün üstündə durdu

"Faiq Ağayev uğurlarını təkrarlaya bilməyən xalq artistidir"

Rəhim Rəhimli hesab edir ki, Faiq Ağayev uğurlarını təkrarlaya bilməyən xalq artistidir.

“Bu yaxınlarda maqazin proqramlarının birində verdiyim açıqlama heç bir təhqir daşımadığı halda dəyərli və möhtərəm xalq artistimiz Faiq Ağayev bunu belə qəbul edib. Hörmətli media mənsubları, ilk əvvəl nəzərinizə çatdırım ki, mən özümdən yaşca və sənətdə böyük olan birini təhqir edəcək mədəniyyətə sahib deyiləm. Dediyim sözlər də Faiq Ağayevin “Facebook” səhifəsində paylaşdığı fikirlərə əsaslanıb. Məni təəccübləndirən məqam odur ki, Faiq bəyin düşüncəsini heç bir təhrifə məruz qoymadan təkrarlamağım niyə yanlış anlaşılıb? Nə xoş təsadüf ki, onun sosial şəbəkədəki statusu mənim yeni mahnımla həmfikirdir. Xalq artistinin fikrindən olduğu kimi istifadə etmişəmsə, mahnımla əlaqələndirmişəmsə, bunun arxasında niyə bədniyyət fikirlər dayanmalıdır?!”

Rəhim Rəhimli yenə də bəyan edib ki, hələ də uğurlarını təkrarlay bilməyən xalq artistimiz Faiq Ağayevdir. Onun sözlərinə görə, o, gənc yaşda əməkdar, xalq artisti adını almış heç bir rəqibi olmayan sənət adamıdır:” Onunla dostluğumuz, əməkdaşlığımız olub. Bir-birimizi dost məclislərində tanımışıq. Düşünürəm ki, bundan sonra bir-birimizin dediklərində təhqir axtarmaq lazım deyil. Bu olsa-olsa dost fikri ola bilər ki, buna da Faiq bəyin ehtiyacı yoxdur. Məsələn, mən arzu edirəm ki, yeni mahnıma fikir bildirsin. Bu məni daha çox məmnun edərdi”.

Xatırladaq ki, Rəhim Rəhimli həmkarı haqqında bunları demişdi: "Faiq Ağayev məndən illər öncə səhnədədir. Zamanında konsertlər verib, əməkdar, xalq artistidir. Sənətdə hər istədiyinə nail olub. İndi o rəqabətə can atmır. Heç kimlə bəhsə girmir. Bu yaxınlarda özü də dedi ki, artıq mənim zamanım deyil. Mən də elə düşünürəm ki, artıq Faiq Ağayevin zamanı deyil” .

Oxumağa davam et
Reklam
Reklam

Gündəm