Karbonatın inanılmaz möcüzələri
Bizi izləyin

Tabloid.az

Karbonatın inanılmaz möcüzələri

Karbonatın faydalarını saymaqla bitmir. Maskaların, kremlərin tərkibində karbonata rast gəlmək mümkündür. Bu yazıda isə karbonatın ev təmizliyindəki faydalarını öyrənəcəksiniz. Ev təmizliyində karbonatdan istifadə etmək həm asan, həm də faydalıdır. Belə

Karbonatın faydalarını saymaqla bitmir. Maskaların, kremlərin tərkibində karbonata rast gəlmək mümkündür. Bu yazıda isə karbonatın ev təmizliyindəki faydalarını öyrənəcəksiniz. Ev təmizliyində karbonatdan istifadə etmək həm asan, həm də faydalıdır. Belə ki, o çirki inanılmaz dərəcədə yox edir.

Mətbəx ləvazimatlarını təmizləyəndə karbonat tozundan və limon suyundan faydalanın. Mükəmməl təbii təmizləyici olduğu və tərkibində kimyəvi maddələr olmadığı üçün yemək qabları və alətlərini rahatlıqla bu tozla yuya bilərsiniz.

Dolablarda rütubət qoxusu varsa, naftalin istifadə etməyi xoşlamırsınızsa, kiçik qaba bir miqdar karbonat töküb ağzı açıq şəkildə dolaba qoyun. Qoxu tamamilə yox olacaq.

Qab yumaq üçün çanağınız tıxanıbsa və kimyəvi maddə olmadan onu açmaq istəyirsinizsə, bir stəkan karbonatı çanaq dəliyinə tökün. Üzərinə bir stəkan sirkə əlavə edin, sonra 2 litr qaynar suyu ora boşaldın. Bu zaman çanaq açılacaq.

Xalçalarınızı nə qədər silib-süpürsəniz də, bir müddət sonra ətrafa pis qoxular yayılır? Bu qoxudan da karbonatın yardımı ilə xilas ola bilərsiniz. Xalçanın hər yerinə karbonat səpin. 2 saat gözlədikdən sonra xalçanı süpürün. Xalçadakı qoxulardan əsər-əlamət qalmayacaq.

Yumşaq mebellərə və geyimlərə yağ damcılayıbsa, sabunlu bezlə silməyin. Həmin yerə karbonat səpin və oranı bir az nəmləndirin. Karbonat su ilə birləşdiyi zaman çirki inanılmaz dərəcə təmizləyir. Ləkə 1 saatdan sonra yox olacaq.

Gümüşləri də karbonatla təmizləyə bilərsiniz. Bu zaman qaralmış gümüşlərin ağardığını görəcəksiniz. Eyni zamanda, gümüş əşyaların paslanmaması üçün karbonatla ova bilərsiniz.

Soyuducudakı pis qoxulardan şikayət edirsinizsə, bir kasaya karbonat tozu qoyub bir küncə yerləşdirin. 4-5 gündən bir karbonatı qarışdırın. Bir müddət sonra qoxu yox olacaq. Həmçinin meyvə və tərəvəzlərin daha təzə qaldığını görəcəksiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm