Xiyar dərini necə gözəlləşdirir?
Bizi izləyin

Tabloid.az

Xiyar dərini necə gözəlləşdirir?

Yay fəslində ən çox yeyilən tərəvəzlərdən biri xiyardır. Bəs tez-tez yediyiniz xiyarın faydaları barədə məlumatınız varmı? Xiyarın həm sağlamlığa, həm də gözəlliyə bir çox faydaları var. Birinci növbədə xiyar bədənin bütün yorğunluğunu azaldır. Revmatiz

Yay fəslində ən çox yeyilən tərəvəzlərdən biri xiyardır. Bəs tez-tez yediyiniz xiyarın faydaları barədə məlumatınız varmı? Xiyarın həm sağlamlığa, həm də gözəlliyə bir çox faydaları var. Birinci növbədə xiyar bədənin bütün yorğunluğunu azaldır. Revmatizm və oynaq ağrılarına faydalıdır. Susuzluğu yatırır. İnsulin ehtiyacını aradan qaldırır. Tər vəzilərinin normal fəaliyyətini nizamlayır. Xiyarın tərkibinin əsasını su təşkil etdiyi üçün dəriyə gözəllik verir. Bu ucuz, əlçatan tərəvəz sağlamlığı möhkəmləndirir və zahiri görünüşə çox gözəl təsir edir.

Xiyar orqanizmi maye ilə təmin edir. Əgər siz gün ərzində yetərincə maye qəbul edə bilmirsinizsə, bu zaman xiyar yeyin. O, 90 faiz mayedən ibarət olduğu üçün, orqanizmdə maye itkisini kompensasiya edir.

Xiyarın tərkibi dəri üçün lazım olan minerallardan ibarətdir. Xiyar kalium, maqnezium və silisiumla zəngindir. Buna görə gözəllik salonları bu tərəvəzlə olan prosedurları tez-tez təklif edirlər. Xiyarda demək olar ki, bütün lazımlı vitaminlər var. Əsasən immuniteti bərkidən, enerjini yüksəldən və dərini parıldadan A və B vitaminləri.

Xiyar maddələr mübadiləsini sürətləndirir və arıqlamağa kömək edir.

Xiyar yorğun gözləri canlandırır. Göz qapağının üzərinə soyudulmuş xiyar dilimini qoyaraq siz həqiqətən gözlərin altında olan torbacıqlardan azad olacaqsınız və gözlərinizin parlaqlığını qaytaracaqsınız.

Xiyar saçları və dırnaqları bərkidir. Silisium dırnaqları möhkəmləndirir və saçların daha sürətlə uzanmasına kömək edir.

Xiyar günəş yanıqları ilə mübarizə aparmağa kömək edir. Dərinin qızarmış sahəsinə xiyar dilimini qoyun, qısa bir müddət ərzində qıcıqlanma keçəcək.

Xiyarın tərkibində olan maye artıq və zəhərli maddələri orqanizmdən çıxarır. Həkimlər iddia edirlər ki, düzgün qidalanma zamanı xiyar böyrəklərdə olan daşları əritməyə kömək edir.

Xiyar nəfəsi təravətləndirir. Xiyarın şirəsi diş ətinin iltihabı zamanı da istifadə olunur. Xiyar dilimini 30 saniyə ərzində damağınızda sıxın, bu, ağızda xoşagəlməz qoxuya səbəb olan bakteriyaları öldürür.

Xiyarın tərkibində maddələr döş və yumurtalıqlarda yaranan şişləri, həmçinin xərçəngin bəzi növlərinin inkişafını ləngidir. Bu xəstəliklərin profilaktikasında isə onun rolu əvəzedilməzdir.

Xiyar şəkərli diabetlə mübarizə aparmağa kömək edir, xolesterinin səviyyəsini və qan təzyiqini aşağı salır. Xiyarda mədəaltı vəziyə insulini hasil etməyə kömək edən maddələr olduğu üçün, bu diabetdən əziyyət çəkən pasiyentlərin vəziyyətini əhəmiyyətli dərəcədə yüngülləşdirir. Həmçinin alimlər xiyarın tərkibində xolesterinin səviyyəsini aşağı sala bilən maddə sterin aşkar ediblər. Bundan əlavə ,xiyar sellülöz, maqnezium sayəsində həm yüksək, həm də aşağı təzyiqdə kömək edir.

Xiyar oynaqları bərkidir. Silisium birləşdirici toxumaları bərkitməklə oynaqların sağalmasına kömək edir.

Səhər baş ağrısının qarşısını almaq üçün, gecə yatmazdan əvvəl bir neçə xiyar dilimi yeyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm