Dırnaq boyasının müddətini necə uzatmaq olar?
Bizi izləyin

Tabloid.az

Dırnaq boyasının müddətini necə uzatmaq olar?

Qadınlar üçün dırnaq baxımı çox əhəmiyyətlidir. Baxımlı və gözəl əllər dırnaq gözəlliyi ilə tamamlanar. Bu səbəbdən qadınlar dırnaq boyasının dayanıqlı və uzun ömürlü olmasını istəyirlər. Sizə dırnaq boyanızın dayanıqlı olmasını təmin edəcək bir neçə məs

Qadınlar üçün saç və makiyaj qədər dırnaq baxımı da çox əhəmiyyətlidir. Baxımlı və gözəl əllər dırnaq gözəlliyi ilə tamamlanar. Bu səbəbdən qadınlar dırnaq boyasının dayanıqlı və uzun ömürlü olmasını istəyirlər.

Tabloid.az dırnaq boyasının daha uzun ömürlü olmasını təmin edəcək bir neçə məsləhət təqdim edir:

1. İki qat dırnaq boyası çəkmək istəyirsinizsə, ikinci qatı bir neçə saniyədən sonra çəki gözləyin.

2. Dırnaqlarınızı sərt zərbələrdən uzaq tutun.

3. Dırnaq boyanızın son istifadə tarixinə mütləq diqqət yetirin, vaxtı keçmiş dırnaq boyaları tez silinir.

4. Dırnaq boyanızı dırnağın ortasından başlayaraq çəkin.

6. Dırnaq boyasının daha uzun ömürlü olmasını istəyirsinizsə, əvvəlcə dırnağınıza şəffaf rəngli dırnaq möhkəmləndirici çəkin, sonra isə rəngli boyanı.

7. Dırnaq boyasını çəkdikdən sonra qurumasını gözləyin və başqa işlə məşğul olmayın.

8. Dırnaq boyası quruduqdan sonra qoruyucu məhsullar istifadə edə bilərsiniz.

9. Dırnaq boyasından əvvəl əsla nəmləndirici istifadə etməyin.

10. Kimyəvi təmizləyici maddələrdən tez-tez istifadə edirsinizsə, əlcək geyməyi yaddan çıxartmayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm