Hansı krallığın gəlini daha gözəl geyinir? - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Hansı krallığın gəlini daha gözəl geyinir? - FOTOLAR

Deyəsən, İngiltərə krallığının sevimli gəlini Keyt Middlton “dəb ikonası” titulunu yeni kraliçaya vermək üzrədir. Belə ki, Keyt Midlltonun çox güclü rəqibi var. Bu yaxınlarda İspaniya kraliçası titulunu qazanan keçmiş jurnalist Letisiya Ortiz Keyt Middlto

Deyəsən, İngiltərə krallığının sevimli gəlini Keyt Middlton “dəb ikonası” titulunu yeni kraliçaya vermək üzrədir. Belə ki, Keyt Midlltonun çox güclü rəqibi var. Bu yaxınlarda İspaniya kraliçası titulunu qazanan keçmiş jurnalist Letisiya Ortiz Keyt Middltonla müqayisə edilir.

Onların oxşar cəhətləri ondan ibarətdir ki, hər ikisi sadə ailənin qızıdır. Hər ikisi xalq tərəfindən çox sevilir. Keçən il gənc yaşlarında vəfat edən bacısının yas mərasimində göz yaşlarına hakim ola bilməyən Letisiya Ortiz yüzlərlə insanın gözü qarşısında ağlamışdı. Bu isə heç kəsin diqqətindən yayınmamışdı.

Hər ikisi nümunəvi ana hesab olunur.

Hər ikisinin də özünəməxsus və zərif tərzi var. Hər ikisinin də geyim tərzi mətbuat və xalq tərəfindən maraqla izlənilir. Hər iksinin geyim tərzinə nəzər salsaq, eyni tərzdə geyindiklərini söyləmək olar. Deməli bundan sonra onların tərzləri tez-tez müqayisə ediləcək.

Tabloid.az kraliçaların tərzlərini müqayisə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm