Ayan zibilliyə atılan körpəyə ana sevgisi göstərdi -FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ayan zibilliyə atılan körpəyə ana sevgisi göstərdi -FOTOLAR

3 ay əvvəl qız anası olan müğənni Ayan Babakişiyeva bu günlərdə zibilliyə atılan körpənin xəbərini eşidib, biganə qala bilməyib. Körpə Nərmini ziyarətə gedən sənətçi onu bağrına basıb, sevgisini bölüşüb.

Üç ay öncə qız anası olan müğənni Ayan Babakişiyeva bu günlərdə zibilliyə atılan körpənin xəbərini eşidib, biganə qala bilməyib. Körpə Nərmini ziyarətə gedən sənətçi onu bağrına basıb, sevgisini bölüşüb.

Nərminin yerləşdirildiyi xəstəxanaya baş çəkən A.Babakişiyeva hər bir övlada valideyn sevgisi arzuladı:

“Balaca körpənin zibillikdən tapılma xəbərini oxudum və mənə çox pis təsir etdi. Bir az öncə xəstəxanada yanında idim. Qardaşım Samir də durmadan zəng edirdi ki, balaca Nərminin yanına get.

Əsas dünyaya övlad gətirmək deyil. Ana olmaq üçün onun məsuliyyətini hiss etmək lazımdır. Allah heç bir körpəni valideynsiz etməsin və onları qorusun. Nərminə yüksək səviyyədə qulluq edilir”.

Sonda müğənni bu addımı kimə və nəyə görəsə atmadığını diqqətə çatdırdı. “Mən anayam, övladım var. Bu hadisəyə biganə qala bilməzdim. Sevgimi balaca Nərminə göstərmək istədim”.

Xatırladaq ki, sözügedən körpə dünyaya gələndən sonra zibilləy atılıb və bu xəbər bütün ölkə mediasının əsas xəbərinə çevrilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm