40 yaşdan sonra gözəl görünməyin yolları
Bizi izləyin

Tabloid.az

40 yaşdan sonra gözəl görünməyin yolları

Gözəllik çox güclü silahdır, təbəssüm isə onun qılıncıdır. Bəs güclü silaha istənilən yaşda sahib olmaq üçün nə etməliyik?

Gözəllik çox güclü silahdır, təbəssüm isə onun qılıncıdır. Bəs güclü silaha istənilən yaşda sahib olmaq üçün nə etməliyik?

Bunun qaydası çox sadədir, dərinə və saçına qulluq etsən, gözəlliyin hər zaman sənin ən güclü silahın olacaq. Qulluq etməsən, sevdiyin kişinin sənə olan diqqətsizliyindən şikayət etməyə haqqın yoxdur. Dolayısı ilə güclü silaha sahib ola bilməyəcəksən. İnsan yaşa dolduqca üz dərisinə xüsusi qulluq etməlidir. 40 yaşından sonra qırışların çoxalmamasına xüsusi diqqət göstərməlidir. 40 yaşından sonra dəriyə qulluq vasitələrini aşağıdakı kimi sıralamaq olar:

Qışda da, yayda da havaya çıxmazdan 20 dəqiqə əvvəl üzünüzə qoruyucu SPF tərkibli krem çəkin.

Kosmetik, qırış əleyhinə kremlər qırışları tam açmır, o, dərini süni şişirdir ki, bununla da qırışlar açılmış kimi görünür.

Günəşdən mümkün qədər uzaq durun, günəş altında gəzərkən başınıza, üzünüzə kölgə salan şlyapa geyinin.

Üzünüzü sabunla yumayın, çünki sabun üzü qurudur və göz ətrafında qırışlar əmələ gətirir.

Yuxu 40 yaşlı qadınların əsas xilas yoludur, dəri gözəlliyinin ömrünü artırır. Gecə 2-yə kimi ev işləri görməyi yaddan çıxarın! Gündəlik yuxu rejiminiz azı 8-9 saat olmalıdır. Çünki dəri hüceyrələri yenilənir.

Üzünüzü yuduğunuz suyu soda ilə yumşaldın.

Çiməndə üzünüzə duşdan qaynar su düşməsinə yol verməyin. İsti su məsamələri açır, əzələləri yumşaldır, boşaldır və bununla da qırışların yaranmasına gətirib çıxarır.

40 yaşından sonra üzü kisələmək və masaj etmək olmaz.

Əgər üz dəriniz solğun, ağarmış, məsamələr geniş, buxaq hissə sallaqdırsa, o zaman üzü yığan vasitələr alın.

Kremlərə etibar etmək lazım deyil, mümkün qədər təbii vasitələrə əl atın.

1. 1 çay qaşığı duzu yarım stəkan suda həll edin, pambığı bu suda isladıb, üzə döyəcləməklə yeridin.

2. Üzünüzü və boynunuzu duzlu su ilə silin.

3.Üzü yumaq üçün bu məhlulu hazırlayın: yarım stəkan suya 20 qr odekolon tökün, bir şüşədə saxlayın. Səhər -axşam üzünüzü bu su ilə yuyun.

4. İki xörək qaşığı bal, 2 xörək qaşığı un, bir yumurta sarısını qarışdırın və üzünüzə çəkin. Bu maskanı göz ətrafı dəriyə sürtmək olmaz. 20 dəqiqə sonra isə öncə isti, sonra soyuq su ilə yuyun.

5. Yüz qram bala 50 ml araq qatın. Üzə çəkib, 15 dəqiqə saxlayın və sonra yuyun. Dərini təmizləyir, dezinfeksiya edir, məsamələri yığır.

6.Məhz 40 yaşlılar üçün möcüzəli krem resepti üçün lazım olam komponentlər: 1 yumurta sarısı, 3 ml alma şirəsi, 5 ml ərik yağı (apteklərdə satılır), yarım çay qaşığı limon suyu. Bunkarı eyni kütlə alana kimi qarışdırın, krem üçün qaba töküb, soyuducuda saxlayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm