Dünyanın ən gözəl hamiləsi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Dünyanın ən gözəl hamiləsi - FOTOLAR

Dünyanın ən nüfuzlu dəb jurnallarının səhifələrini fəth edən Miroslava Duma incə zövqə sahibdir. O, klassik dəb qaydalarından qaçaraq, aktual obrazlar yaradır.

Dünyanın ən nüfuzlu dəb jurnallarının səhifələrini fəth edən Miroslava Duma incə zövqə sahibdir. O, klassik dəb qaydalarından qaçaraq, aktual obrazlar yaradır.

Bəs Rusiyanın dəb ilahəsinin özəlliyi nədir? O, görünüşündə ən xırda detala qədər hər şeyi düşünür, geyimləri ustalıqla bir-birinə uyğunlaşdırır, bəzək əşyaları və rənglərlə eksperimentlər edir. Bu xanım sanki bizə modanın nə olduğunu və fərqlənməyi izah etmək üçün göndərilib. O, həmişə hər yerdə fərqlənir. Dumanın hər stilini ayrı bir sənət əsər hesab etmək olar. Hətta hamilə olanda da orijinallığını qoruyaraq, tərzinə xələl gətirməməyə çalışıb. O, qüsursuz stili ilə dünyanın diqqətini Rusiya bazarına cəlb etmək təşəbbüsü ilə çıxış edir. Qeyd edək ki, Miroslava Duma həm də “Sülh Planeti” ("Peace Planet") xeyriyyə fondunun təsisçisidir.

Tabloid.az Miroslava Dumanın hamiləlik dövründə diqqət çəkən stillərini təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm