Kişilər qadınları bu cür görmək istəyirlər - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Kişilər qadınları bu cür görmək istəyirlər - FOTOLAR

Kişilər alış-veriş etməyə nifrət etsə də, qadınlar qədər geyimə önəm verirlər. Bəs əks cinsin nümayəndələri qadınların hansı geyim tərzini bəyənir?

Kişilər alış-veriş etməyə nifrət etsə də, qadınlar qədər geyimə önəm verirlər. Bəs əks cinsin nümayəndələri qadınların hansı geyim tərzini bəyənir?

Bir qadın gözəl geyinirsə, o demək deyil ki, özünü kişilərə, ya da qadınlara bəyəndirmək məqsədi güdür. Ətrafdakı insanların onu bəyəndiyini eşitmək xoşuna gəlsə də, qadın birinci növbədə öz eqosunu təmin edir. Eqosunu təmin edən qadın özünü əla hiss edir. Amma sevgidən söhbət gedəndə qadınlar hiss etdirməsələr də sevdiyi kişinin xoşuna gəlməkdən ötrü dəridən-qabıqdan çıxırlar.

Kişilərin zənn edildiyi kimi çox hündür daban və çox açıq-saçıq geyimlərdən deyil, minimalizmin öz sözünü dediyi geyimlərdən xoşu gəlir. Tabloid.az kişilərin ürəyincə olan geyim stillərini araşdırıb. Siyahıda 10 geyim yer alıb.

Maksi sarafanlar - Kişilər qısa don geyinən xanım görəndə gözlərini çəkə bilməsə də, uzun donları daha çox bəyənirlər. Kişilər bu cür sarafanları uzun boylu qadınlara daha çox yaraşdırırlar. Ona zəncirli çanta əlavə etsəniz, daha diqqət çəkici görünərsiniz. Maksi don seçərkən, onun çox qabarıq olmamasına fikir verin.

Gül təsvirləri - Kişilər zebra və bəbir kimi iddialı təsvirləri sevməsələr də, gül təsvirlərinə böyük rəğbətləri var. Çünki qadınlar bu geyimlərdə daha romantik və zərif görünürlər. Onlar gündəlik həyatda bu stilə üstünlük verən qadınlara heyran olurlar. Gül-çiçək printləri olan geyim dəstlərində minimal olmağa diqqət göstərin və çox qabarıq fiqurlardan qaçın.

Düz ayaqqabılar - Kişilər yerində və düzgün geyimlə uyğunlaşdırılan hündür daban ayaqqabıları xoşlayırlar. Amma hər gün hündür daban geyinən qadınlar onları cəzb etmir. Belə ki, kişilər hesab edir ki, hər gün hündür daban geyinən qadınların tələbləri və istəkləri daha çox olur. Buna görə də belə qadınlardan uzaq durmağa çalışırlar. Kişilər gündəlik tərzində düz ayaqqabılara, baletkalara üstünlük verən qadınları daha çox bəyənirlər.

Dondurma rəngləri - Yumşaq və ürək açan dondurma rəngləri kişilərə çox çəkici gəlir. Çox əlvan rənglərə dözümlü olmasalar da, yumşaq tonları çox bəyənirlər.

Uzun boyunbağılar - Kişilər eyni anda bir neçə aksesuardan istifadə edilməsindən narahat olurlar. Zərif, dəyişik və incə aksesuarları bəyənən kişilərə dekolteni örtən boyunbağılar çox çəkici gəlir. Məsələn, kürək dekoltesinə taxılan uzun boyunbağılar qadını daha da cazibədar göstərir.

Plaşlar - Yaz aylarının ən sevilən üst geyimləri arasında plaşlar birinci gəlir. Plaşlar təkcə kişilərin bəyəndiyi deyil, həm də hər bir qadının qarderobuna mütləq daxil olmalı geyim əşyasıdır. Bol kəsimli paltoları və jaketləri xoşlamayan kişilər sadə, rəsmi geyimləri daha çox xoşlayırlar.

Dar şalvarlar - Ombalarınız və ayaqlarınız icazə verirsə, dar şalvarları rahatlıqla geyinə bilərsiniz. Dar cinslər həm kişilərin, həm də qadınların sevimli geyimidir.

Qələm ətəklər - Kişilər sevdiyi xanımın əynində qısa modellər deyil, onu xanım-xatın göstərən geyimlər görmək istəyir. Onların ən çox sevdiyi geyimlər siyahısında qələm ətəklər də var.

Bol köynəklər - Kişilər özünəməxsus, amma sərhədləri aşmayan stili olan qadınları bəyənirlər. Buraya bol kəsimli köynəklər də daxildir. Gündəlik üslubunuza bol kəsimli mavi köynək əlavə edərək onu özünüzə heyran qoyun.

Fərqli çimərlik geyimləri - Klassik çimərlik geyimlərindən uzaq durmağın vaxtı gəldi. Kişilər dayanmadan bikinisinin o tərəf bu tərəfini düzəldən qadınları sevmirlər. Onlar əyinə yaxşı oturan, fərqli modelləri daha çox bəyənirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm