Seksuallığını layiqli formada vurğulayan qadınlar - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Seksuallığını layiqli formada vurğulayan qadınlar - FOTOLAR

Rihannanın sensasiyalı zərli paltarı moda dünyasını əməlli-başlı silkələmişdi. Onun stili ümumilikdə qüsursuz görünsə də, paltarın nüfuzlu moda mükafatı gecəsinə geyinilməsi qəbul ounmaz hesab olundu. Moda tarixinə nəzər salsaq, daha səs-küylü geyimlərlə

Rihannanın sensasiyalı zərli paltarı moda dünyasını əməlli-başlı silkələmişdi. Onun stili ümumilikdə qüsursuz görünsə də, paltarın nüfuzlu moda mükafatı gecəsinə geyinilməsi qəbul ounmaz hesab olundu. Moda tarixinə nəzər salsaq, daha səs-küylü geyimlərlə də qarşılaşarıq. Tabloid.Az ən açıq-saçıq ziyafət libaslarını araşdırıb.

Tarixin ən çılpaq paltarını moda tarixinin seks simvolu hesab olunan Merlin Manro geyinib. Bu paltar haqqında bütün dövrlərin ən seksual libası olduğu deyilir. Paltarın müəllifi ABŞ-ın ən məşhur dizayneri Jan Luidir. Aktrisa bu paltarı sifariş edəndə dizaynerə “Mən tarixi, heç kəsin geyinə bilməyəcəyi bir paltar istəyirəm” demişdi. O, bu paltarı eşq yaşadığı iddia edilən Amerika prezidenti Kennedinin doğum günündə səhnəyə çıxarkən geyinmişdi. Paltarın üstündən bahalı xəz atmışdı. Xəzi üstündən çəkəndə isə hər kəs şokda idi. Çünki büstqalteri yox idi.

1

1

Rihanna “ADAM SELMAN” imzalı paltarında xələfinin yolu ilə gedir. Belə ki, Amerikanın ən məşhur dəb dizaynerlərinin təşkil etdiyi gecəyə Merlin Manronun sürəti çıxarılmış paltarında gəlmişdi. Rihannanın ekstravaqant çıxışları onun İnstagram səhifəsinin bloka düşməsinə səbəb olur. Belə ki, həddindən artıq açıq-saçıq şəkillər paylaşdığı üçün səhifə bir müddətlik bloka düşür. O, Merlin Manrodan fərqli olaraq paltarının daha çılpaq olmasına çalışıb.

1

Heç kimin tanımadığı Elizabet Xerli məhz bu paltar sayəsində tanınır. Aktrisanın cəsarətli dekoltesini qızıl sancaq birləşdirirdi. Bu paltar qırmızı xalıda səs-küy yaratmışdı.Libas “VERSACE” moda evinin dizaynerləri dizaynerləri tərəfindən tikilmişdi.

1

Cenifer Lopezin hər geyimi müzakirəyə səbəb olsa da, o, moda tarixinə sinəsi hər an açıla biləcək yaşıl şifon libası ilə düşüb. Yeri gəlmişkən, bu paltardan Aygün Kazımova da geyinib. Cey Lonun 2000-ci ildə geyindiyi paltar “VERSACE” moda evinə məxsus idi. Bu paltar da xüsusi olaraq müğənni üçün tikilmişdi.

1

Qvinet Peltrou da dəb ikonası adına iddialıdır. Aktrisa həmişə təhlükəsiz, minimalizmin qorunduğu lakin dekolteli geyimlər seçir. Lakin aktrisanın bu paltarı kəskin tənqid edilmişdi. Eyni zamanda, alt paltarı geyinmədiyinə dair şübhələr yaratmışdı. Paltar “ANTONIO BERARDI” moda evinə aiddir.

1

İrina Şeyk çox zaman seksuallığını layiqli formada vurğulaya bilən paltarlara üstünlük verir. Korset hissəsi əyninə yaxşı oturub, dərisi göründüyü üçün artıq fantaziyalara yer qoymamışdı. Buna baxmayarayaq, Şeyk açıq obrazını ən son dəbli zəfərə çevirə bilmişdi. Libası “VERSACE” moda evinə aiddir.

1

Oxumağa davam et
Reklam
Reklam

Gündəm