İmtahan stressindən xilas edən qidalar
Bizi izləyin

Tabloid.az

İmtahan stressindən xilas edən qidalar

Unutqanlıq və yaddaşsızlıq kimi şikayətləriniz var? Xatırlaya bilmədiyiniz adlar, unutduğunuz vacib görüşlər həyatınızı çətinləşdirir? Bütün bunlar yaddaşınızı möhkəmləndirməyə ehtiyacınız olduğunu göstərir. Yaddaşınızı gücləndirmək üçün yediklərinizə di

Unutqanlıq və yaddaşsızlıq kimi şikayətləriniz var? Xatırlaya bilmədiyiniz adlar, unutduğunuz vacib görüşlər həyatınızı çətinləşdirir? Bütün bunlar yaddaşınızı möhkəmləndirməyə ehtiyacınız olduğunu göstərir. Yaddaşınızı gücləndirmək üçün yediklərinizə diqqət etməkdən başlamalısınız.

Beyin hüceyrələrinin fəaliyyətini ən adi qida məhsullarının köməyi ilə gücləndirmək olar. Əsas məsələ hansı məhsulun tərkibində hansı maddənin nə qədər olduğunu bilməkdir. İnsan beyni mürəkkəb mexanizmdir və onun normal fəaliyyəti üçün sinir hüceyrələri çoxlu miqdarda enerji almalıdır. Normalda beyin qəbul edilən qidadan alınan enerjinin 20%-i mənimsəyir. Ona görə də elə qidalar seçib yemək lazımdır ki, onlardan alınan enerji orqanizm üçün kifayət etsin. Xüsusən də imtahana hazırlaşan uşaqlar yaddaş zəifliyindən və stressdən xilas olmaq üçün bu qidalara üstünlük verməlidirlər. Bəs yaddaşı möhkəmləndirən və zehni inkişafı gücləndirən qidalar hansılardır?Tabloid.az “Lady.mail.ru”saytına istinadən, yaddaşı möhkəmləndirən qidaların siyahısını təqdim edir:

Şokolad – Beyinə oksigen daşıyır və daha onun fəal çalışmasına yardım edir.

Çiyələk – Tərkibindəki maddələr yaddaş pozğunluğunu bərpa edir. Çiyələk stressin təsirini azaldır.

Banan – Banan da beyinə xoşbəxtlik hissi verən seratonin maddəsinə malikdir. Bu maddə imtahan qabağı stressi azaltmağa kömək edir.

Limon – Limon informasiyaların qəbulunu asanlaşdırır və qavrama qabiliyyətini artırır. Tərkibindəki C vitamininin yüksək dozası iş qabiliyyətini çoxaldır. Limon yeni əldə ediləcək biliklərin qavranması üçün bilavasitə faydalıdır.

Xoşbəxtlik üçün qırmızı bibər - Xoşbəxt olanda insan daha yaxşı öyrənə bilir. Enerjisi bol və pozitiv olur. Qırmızı bibər acı olsa da, bədənin öz hormonu olan endorfinin ifraz olunmasını təmin edir. İstiotun tərkibində C vitamini və kalium var. Onların çatışmazlığı zamanı yaddaş pozğunluğu, yorğunluq, əllərin və ayaqların soyuması, axşamlar isə qıcolmalar baş verir. Yuxu səthi olur, soyuqdəymə hallarına tez-tez rast gəlinir. Bağırsaq fəaliyyəti pisləşir, dəri qaşınır, yaralar gec sağalır. Bütün bunların qarşısını almaq üçün gündə 2-3 dəfə qırmızı istiot yeyin.

Kök – Yaddaşı möhkəmləndirir, öyrənilmiş materialların mənimsənilməsinə və yadda saxlanmasına kömək edir. Tələbə və məktəblilərin imtahandan əvvəl sürtgəcdən keçirilmiş kökə bitki yağı qatıb yeməsi məsləhətdir.

Ananas - Ananas əzbərləmək üçün çox yararlıdır. Digər meyvələrdə olmayan manqan elementinə malikdir. Yaradıcı peşə ilə məşğul olan insanlar üçün vacibdir. İri həcmli mətnlər və qeydlərin yadda qalmasına yardım edir. Onun tərkibində olan C vitamini tez bir zamanda fikirləri səfərbər etməyə kömək edir. Eyni zamanda, ananasın kalorisi azdır və arıqlamağa kömək edir.

Baş soğan – Soğan zehni və fiziki yorğunluğu, psixoloji əzginliyi aradan qaldırır. Həmçinin qanı durulaşdırır, beyinin oksigenlə təminatını asanlaşdırır. Beyin oksigeni daha asan qəbul edir.

Qoz – Sinir sistemini möhkəmləndirir, baş beynin fəaliyyətinə stimul verir. Məsuliyyətli məruzələr, çıxışlar, konsertlərə hazırlaşanlar qoz yeməyi unutmasınlar.

Əncir – Tərkibindəki maddələrə görə,aspirinə yaxındır, yəni beyini təmizləyir, beyinin yeni ideyalara olan həssaslığını artırır. Əncirin tərkibində olan efir yağları qanı durulaşdırır, beyini oksigenlə yaxşı təchiz edir. Ona görə də yaradıcı işlə məşğul olanlara əncir yemək məsləhət görülür.

Cirə –Tərkibində olan efir yağları sinir sisteminin yaxşı işləməsini təmin edir. Cirə çayı içmək məsləhətdir: 1 stəkan suya 2 çay qaşıq quru kütlə əlavə edilərək dəmlənilir.

Kələm – Kələm qalxanvari vəzinin aktivliyini azaldır, sinir sistemini sakitləşdirir. Kələm əsəbi insanlar üçün xeyirli qidadır. İmtahan öncəsi stressdən xilas olmaq üçün tövsiyə olunur.

Qaragilə – Beyində qan dövranını yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir.

Dəniz məhsulları və balıq – Balığın tərkibi fosfor, yod, kalium ilə zəngindir ki, bunlar da sinir sisteminin normal fəaliyyəti üçün vacibdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm