Bu geyimləri hər yerə geyinə bilərsiniz - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bu geyimləri hər yerə geyinə bilərsiniz - FOTOLAR

Həm gecə, həm də gündüz şıq görünmək istəyirsinizsə, 5 geyimdən birini seçə bilərsiniz. Bej bleyzerin bir geyimi başdan ayağa qədər dəyişdirmək özəlliyi var. Onu eleqant və klassik biçimli şalvarla birləşdirərək gecə ziyafətlərinə də təşrif buyura bilə

Həm gecə, həm də gündüz şıq görünmək istəyirsinizsə, 5 geyimdən birini seçə bilərsiniz.

Bej bleyzerin bir geyimi başdan ayağa qədər dəyişdirmək özəlliyi var. Onu eleqant və klassik biçimli şalvarla birləşdirərək gecə ziyafətlərinə də təşrif buyura bilərsiniz. Gündüz isə cins şalvarlarla sintezi uğurlu alınır. Belinizi vurğulayan kəmərlər taxmağı yaddan çıxartmayın. Çox parlaq rənglərlə də qovuşdura bilərsiniz.

Qırmızı qolsuz, düz kəsim don ölməz klassikadır. Biləkdən bağlanan ayaqqabılarla əla qalır. Qırmızı rəng diqqət çəkdiyi üçün makiyajı çox vurğulamağa ehtiyac yoxdur. Daha rəsmi yerlərə tünd çalarlarını geyinə bilərsiniz. Həmçinin cəsur rəng sayəsində bədəninizi bəzək əşyaları ilə yükləməyə ehtiyac qalmayacaq.

Karandaş yubka - Yubka əyninizə tam oturmalı, amma çox dar oturmamalı və vulqar görünməməlidir. Düyməli oxford köynəyi ilə geyinə bilərsiniz. Çox ciddi görünmək istəmirsinizsə, köynəyin qollarını qatlayın. Qırmızı dodaq boyası və qalın dabanlı ayaqqabılar da sizə yardım edəcək. Gecə ziyafətlərində isə asqılı, üstü muncuqlu, daş-qaşlı köynəklə uyğunlaşdırın.

Ağ köynək - Ağ düyməli köynəklər qadınları çətin vəziyyətlərdə xilas edən geyimlər qrupuna daxildir. Bu köynəyin üstündən gözəgəlimli ağır boyunbağı taxın. Şıq yubka ilə tamamlasanız, gecə ziyafətlərinə də gedə bilərsiniz.

Dar cins - Tünd dar cinslər qadın bədənini ideal formada vurğulayır. Artıq çəkini gizlədir. Maraqlı bəzək əşyaları və eleqant çanta ilə uyğulaşdırsanız, dəbli xanım obrazı yaratmış olacasınız.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm