Körpələrə təyyarədə uçuş zərərlidirmi?
Bizi izləyin

Tabloid.az

Körpələrə təyyarədə uçuş zərərlidirmi?

Uçuş zamanı körpələrin qulaqları yetkin insanlarda olduğu kimi, eyni zərərlərə məruz qalır.

Uçuş zamanı körpələrin qulaqları yetkin insanlarda olduğu kimi, eyni zərərlərə məruz qalır.

Mütəxəssislər körpə iki həftəlik olana qədər onun təyyarə ilə uçmasını məsləhət görmürlər. Çünki yeni doğulan körpənin bədəni ətraf aləmə uyğunlaşmağa çalışır və təyyarədəki ağır havada dolaşan mikroblara qarşı mübarizə apara bilmir. Uçuş zamanı körpələrin qulaqları yetkin insanlarda olduğu kimi, eyni zərərlərə məruz qalır. Bunun qarşısını almaq üçün təyyarəyə qalxarkən və enərkən, körpəni əmizdirmək və ya uşaq butulkası ilə ona maye içirtmək lazımdır. Əgər körpəniz ac deyilsə, əmzikdən istifadə etməyi sınayın. Uçuş zamanı uşağınızı sizə yaxın oturacaqda əyləşdirin. Mümkün qədər çıxışa yaxın oturacaqda bilet sifariş verin.

Körpənizin daha rahat uçması üçün əmziyi, ədyalı və sevdiyi yumşaq oyuncaqları özünüzlə götürün. Uçuş zamanı körpəniz narahat olarsa, təyyarənin koridorunda gəzməklə onu sakitləşdirə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm