• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Burak Özçivit:“Sevginin dadı dəyişib”

Burak Özçivit:“Sevginin dadı dəyişib”

Son zamanlar Rusiyada Türkiyənin istehsal etdiyi serialların izləyicilərinin sayı həddindən artıq artıb. Təsadüfi deyil ki, Rusiya mətbuatında türkiyəli aktyor və aktrisaların müsahibələrinə geniş yer verilir.

“Hello” jurnalı Türkiyənin məşhur aktrisası Fahriya Evcen, aktyor Burak Özçivitdən müsahibə almaq üçün Türkiyəyə üz tutub.

Həmin müsahibəni “Tabloid.az” təqdim edir.

Görüş İstanbulda, dəniz mənzərəli bir oteldə baş tutub.

Onlar serialların ən gözəl cütlüyü hesab edilir. Aktyor Burak Özçivit özü haqqında danışarkən gülümsəyirdi və bu gülümsəməsi ilə restorandakı xanımları dəli edirdi.

-“Çalıquşu” serialını yeni adlandırmaq olmaz. 1980-ci ildə populyarlaşan əsərin indiki dövrdə gənclərin marağını çəkməsinin sirri nədədir?

F.E:- Əsərin ilk ekran işi 1950- ci illərə təsadüf edir. Mənə elə gəlir ki, həmin dövrdə hər bir qadının Anadoluya müəlliməlik etmək üçün getməsi mümkün deyildi. Bu vəziyyətdən hamı təsirləndi və bu psixoloji faktor hekayənin sevilməsinə səbəb oldu. Düşünürəm ki, həmin amil indi də keçərlidir və Fəridənin güclü xarakteri, cəsarəti izləyicini cəlb edir.

B.Ö:- “Çalıquşu” serialının əsas mövzusu qadının necə güclü xarakterə malik olmasını göstərməkdir. Yazılmamış qanunlara əsasən, qərarla kişilər tərəfindən verilir. Bu serial qadınların da lider ola biləcəyini və onun təkbaşına problemlərin öhdəsindən gələ biləcəyini göstərir.

Onu da deyim ki, mən dəfələrlə sizin ölkənizdə olmuşam və düşünürəm ki, insanlarınızı tanıyıram. “Çalıquşu”nun ölkənizdə niyə sevildiyini başa düşürəm. Rusiyada romantizmi sevirlər.

-Siz Rusiyaya işlə əlaqədar yoxsa ölkəni tanımaq üçün gəlmişdiniz?

B.Ö:- Rusiyaya gələndə mən hələ aktyor deyildim. Moskvada türk sərgiləri keçirilirdi. Hər səfərimdə ən az bir həftə ölkənizdə qalırdım. Rusiya mənim yaddaşıma gözəl memarlığı və sərt soyuğu ilə həkk olunub. Olduqca soyuq ölkədir. Hətta mən başa düşə bilmirəm ki, bu cür soyuq havada sürücülər maşını necə idarə edirlər. Avtomobil idarə etməyi sevirəm ancaq qarlı havalarda qəti sükan arxasında əyləşmərəm.

- Fahriya, bəs siz necə düşünürsünüz, türk seriallarının Rusiyada populyarıaşmasının səbəbləri nədir? Sizcə, bizim ölkələrimizi hansı oxşar cəhətlər birləşdirir?

F.E:- Açığı bu sualın cavabı məni də maraqlandırır. Məlumdur ki, Türkiyədə çəkilən seriallar Yaxın Şərqdə çox izlənilir. Amma Rusiyada niyə? Bu suala cavab axtararkən bir neçə məsələnin fərqinə vardım. Birincisi, kitabdır. Bu kitab çox illərdir ki, Rusiyada sevilərək oxunub və bəlkə də nəsildən nəsilə ötürülüb. Ona görə də əsər əsasında çəkilən yeni serial izləyiciləri maraqlandırıb. İkincisi, xalqlarımızın mədəniyyət və mentalitetinin oxşar olduğunu düşünürəm. Məsələn, mənim anam miliyyətcə çərkəzdir. Bu amilə əsaslanaraq deyə bilərəm ki, həyata baxışımız, duyğular, romantizm kimi hisslərimiz oxşardır.

-“Çalıquşu”nun qəhrəmanları bir-birini dəlicəsinə sevirlər. Sizcə, real həyatda belə sevgi var?

F.E:- Əlbəttə, ola bilər. Ancaq hazırda hamı münasibətdə olduqca ciddi davranır. Nə qadınlar, nə kişilər serialda olduğu kimi utopik sevgiyə hazır deyil.

B.Ö:- Mən güclü sevginin mümkün olduğuna inanıram, ancaq “Çalıquşu”dakı kimi deyil. O zaman müasir texnologiyalar yox idi, indi texnologiyalar sevgini öldürür. Sevgi üçün səbir lazımdır. İnternet, telefon, bu kimi əşyalar həyatımıza təsir edir. Fəridə və Kamran üçün səbir, ümid çox önəmlidir. Bununla mən demək istəmirəm ki, o dövrdə hər şey daha yaxşı idi. O dövrdə sevginin ayrı dadı var idi, indi ayrı dadı var.

- Burak, “Möhtəşəm yüz il” və “Çalıquşu” seriallarında müsbət qəhrəmanları canlandırmısınız. Mənfi obrazı oynamaq istərdinizmi?

B.Ö:- Mən real həyatda da yaxşı insanam və düşünürəm ki, məni sevənlərə yaxşə örnək olmalıyam. Filmləri hər kəs izləmir, tamaşaçı kütləsi daha azdır. Televiziya layihələrinin isə əksinə izləyiciləri çoxdur. Televizor bütün evlərdə var, və uşaqlar da izləyə bilirlər. Mən onların yaxşı insan olmaqları üçün yaxşı örnək olmalıyam.

-Deməli, Sizə “Möhtəşəm yüz il” kimi reytinqili serialda yüksək məbləğlə mənfi obraz rolu oynamaq təklif edilsəydi, oynamaqdan imtina edəcəkdiniz?

B.Ö: - Hər şey ssenaridən aşlıdır. Mənim üçün türk ənənəsi çox önəmlidir. Mən ənənələrə bağlıyam. Buna qarşı çıxmağımı istəsəıər əlbəttə ki, rədd edərdim. Əgər oynadığım rol adət-ənənənin əleyhinə deyilsə, lap cani rolunu da oynaya bilərəm.

-Rusiyada uğur qazanmaq istəyən aktyor xarici filmlərə, xüsusiləə Hollivud filmlərində rol almağa çalışır. Sizin belə məqsədiniz varmı?

F.E: - “Oskar”, “Hollivud” üçün hələ çox tezdir. Bunun üçün çox təcrübə qazanmalıyam. Amma buna baxmayaraq, hər hansı xarici bir filmdə oynamağı istisna etmirəm. Ancaq mən qarşıma belə məqsədlər qoymuram. Fikrimcə, ilkin mərhələdə Türkiyədə öz ayaqları üstündə dura bilmək vacibdir.

B.Ö: - Əgər belə bir şans varsa, niyə də yox? Həyatda bu şans bizə bir dəfə düşür və bu şansı dəyərləndirmək lazımdır. Mən elə bir şansa Türkiyədə məşhur oldum. Filmə çəkilmək şansı mənim əlimə düşdü və mən bunu dəyərləndirdim.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR