Tabloid.az
Ölkədə "Viaqra"dan ölən kişilərin sayı artır
Son illər Azərbaycanda kişilər arasında ürək xəstəliklərinin sayı artır. Səhiyyə Nazirliyi Cahangir Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda da ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb. İnfarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir.
Kişilər arasında infarkt hallarının
artmasına səbəb olan faktorlar sırasında siqaret və spirtli
içkilərlə yanaşı, cinsi aktivliyi artıran dərmanların da rolunun
böyük olduğu bildirilir.
Azərbaycanda da bu tipli preparatlardan istifadə edənlərin sayında artım qeydə alınıb. Söhbətləşdiyimiz əczaçılar qeyd edirlər ki, apteklərə müraciət edən kişilər arasında cinsi aktivliyi artıran dərmanlar istəyənlərin sayı artıb.
Bu səpkidən olan dərmanların insan
orqanizminə hansı fəsadları nələrdir?
Redaksiyamıza daxil olan məlumata görə, Azərbaycanda qan təzyiqinin qalxması nəticəsində ürək ağrılarının artması həm də proteinlərin təsiri ilə bağlıdır.
Tibb üzrə ekspert Adil Qeybulla bildirib ki, Azərbaycanda kişilər cinsi aktivliyi artırmaq daha çox «Viaqra» dərmanlarından istifadə edirlər: "Cinsi aktivliyi artıran dərmanlar öncə qan təzyiqini aşağı salır, sonra sürətlə artırır. Ürəyində problemi olan insanlar gərək belə dərmanlardan istifadə etməsinlər».
Ekspertlər hesab edirlər ki, yaşlı kişilər spirtli içki qəbul edəndən sonra cinsi aktivliyi artıran dərmanların qəbulundan, ümumiyyətlə, imtina etməlidilər: "Yaxşı olardı ki, kişilər cinsi problemləei təbii yolla hazırlanan dərmanlar, xeyirli qidalarla aradan qaldırsınlar. İnsanlar oturaq, passiv həyat tərzindən uzaq olmalı, daha çox meyvə ilə qidalanmalıdılar».
Həkim məsləhət görür ki, kişilər cinsi aktivliyi artıran dərmanlar qəbul etməzdən öncə tibb işçilərinə müraciət etsin.
Teleqraf.com
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK