• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qadının əsl yaşını nədən öyrənmək olar?

Qadının əsl yaşını nədən öyrənmək olar?

Günlər, həftələr, aylar, illər ötür... Qadınlar isə təbiət əleyhinə çıxıb illərin üzündə qoyduğu izlərlə mübarizə aparmaq istəyir. Çünki qadınlar hər zaman gənc və gözəl görünmək istəyir. Bu mübarizədə heç də bütün qadınlar qalib çıxmır. Məsələn, özünü sevən qadınlar bu qaydaların hər birinə əməl edərək istəyinə qismən də olsa, nail olur. Etməyənlər nə qədər makiyaj edib, bəzənib-düzənsə də, bəzi əlamətlər qadınların yaşlarını ələ verir, hətta daha yaşlı görünməyə səbəb olur. Qadınların yaşını ələ verən əlamətlər bunlardır:

Vaxtından əvvəl düşən dənlər - Səhhətdə yaranan problemlərdən dolayı dənlər vaxtından əvvəl düşə bilər. Amma ağarmış tellərdən qadının əsl yaşını öyrənmək olar.

Sallanmış və boşalmış boyun dərisi - Boyun dərisi çox nazik olduğu üçün yaşlanmaya daha tez meylli olur.

Baxımsız əllər - Qadının əlləri onun yaşını həmişə ələ verir. Əl dərisinə hər zaman qulluq göstərmək lazımdır. Əks halda yaşınızı heç vaxt gizləyə bilməyəcəksiniz.

Yaşına uyğun olmayan geyim - Yaşla zövqü bir-birinə uyğunlaşdırmaqdan çətin heç nə yoxdur.

Parlaq makiyaj - Parlaq və dolğun makiyaj daha çox yetkin qadınlara xasdır.

Nənənin parfumu - Əgər ətirdə nə isə xoşagəlməz, narahatçılıq doğuran və yaşınıza uyğun gəlməyən qoxu hiss edirsinizsə, ən yaxşısı onu istifadə etməyin. Çünki tünd iyli parfumların daha çox yaşlı qadınların istifadıə etdiyi deyilir.

Qırışlar - Qırışların yaranmasının qarşısını almaq, onlardan yaxa qurtarmaqdan daha asandır. Günəş şüalarından qoruyan SPF tərkibli və nəmləndirici kremlərdən istifadə etmək, bir də dəriyə mütəmadi olaraq qulluq göstərmək lazımdır.

Sellulit - Portağal təəssüratı yaradan dəri ilə mübarizə aparmaq üçün balanslaşdırılmış qida rejiminə əməl etmək, idmanla məşğul olmaq, masaj etmək və nəmləndirici krem çəkmək tələb olunur.

Günəşdə güclü yanan dəri - Günəşdə güclü qaralan dəri yaşlı göstərir, üstəlik dərinin nəmini soraraq qurudur. Nəticədə isə dərinin yaşlanmasına səbəb olur.

Yorğun görünüş - Çuxura düşmüş gözlər, qəmgin, kədərli üz, qəzəbli sifət kifayət qədər tutarlı arqumentlərdir. Həyatı sevin, ən xırda şeylərdən zövq alın, ən əsası qəlbinizdəki balaca uşağı qoruyun.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR