Qadınların ehtiraslı dodaqları nədən xəbər verir?
Bizi izləyin

Tabloid.az

Qadınların ehtiraslı dodaqları nədən xəbər verir?

Qadının ən gözl aksessuarı onun dodaqlarıdır. Özünü kişilərə bəyəndirməyin ilk şərti ehtiraslı və çəkici baxışlardır. İkinci planda isə cazibəli dodaqlar gəlir. Tablid.az qadınların dodaq quruluşuna görə, xarakter analizini və rənglərin hansı mənaları ver

Diqqət çəkən qırmızı və ya göz qamaşdıran çəhrayı...

Qadının ən gözəl aksessuarı onun dodaqlarıdır. Özünü kişilərə bəyəndirməyin ilk şərti ehtiraslı və çəkici baxışlardır. İkinci planda isə cazibəli dodaqlar gəlir. Tablid.az qadınların dodaq quruluşuna görə, xarakter analizini və rənglərin hansı mənaları verdiyini araşdırıb.

Hər bir xanımın makiyajının ən son tamamlanma nöqtəsi düzgün seçilmiş dodaq boyasıdır. Dodaqlarında fərqli rəngləri təcrübədən keçirməyi xoşlayan qadınlar var. Lakin elə rənglər var ki, kişilər qadınlarda görmək istəmir. Bu rənglər aşağıdakılardır.

Klassik qırmızı pomada - Bu, “Mənə baxın! Bütün diqqətləri üzərimdə hiss etmək istəyirəm deməkdir”. Rəfiqələrinizlə bir yerdə oturub, əks cinsin nümayəndəsi ilə tanış olmağa can atırsınızsa, qırmızı axtardığınız rəngdir. Qırmızı həm də kişilərlə münasibət yaratmağa açıq olduğunuza işarədir.

Odlu çəhrayı pomada - Bu rəng klassik və romantik çəhrayı tonlarına daxil deyil. Bu rəngdə daha çox punk, rok ulduzu və macəra axtaran insanların ruhu var. Sizin fərqli olmaqdan qorxmadığınızı bildirir. Odlu çəhrayı dodaq boyası çəkən qızların yaxşı musiqi zövqü olur. Onlar romantik şahzadə deyillər.

Tünd qəhvəyi pomada - Bu, riskli olmaqdan qorxmuram deyən cəsur qadınların rəngdir. Onlar fərqlənməyi xoşlayırlar. Bu baxımdan fərqliliyi sevənlər üçün idealdır.

Təbii dodaq boyaları - Dəri ilə eyni rəngdə pomada çəksəniz, uzun müddət soyuq yerdə qalmış bir adama və ya cəsədə bənzəyəcəksiniz. Bu rəng çox sıxıcıdır. Neytral rəngli dodaqlar qadınları gözəl göstərmir. Rəngin dodaqlarınızdan bir-iki ton tünd olmasına fikir verin.

Açıq narıncı pomada - Bu rəngdə pomada çəkən qızların şən, pozitiv, fərqli və əyləncəli xarakterə malik olduğu deyilir. Həmçinin özünə güvəni də yüksək olur. Yeni şeyləri təcrübədən keçirməyi xoşlayırlar.

Metalik pomadası - Bu gənc qızlara aid pomadadır. Yəni, yetkin yaşda və ciddi geyim üslubu olan qadının bu pomadadan istifadə etməsi düzgün deyil, onları bəsit göstərir.

QEYD: Aparılan araşdırmalara görə, kişilər adətən qadınlarda incə çəhrayı, qırmızının daha zərif tonlarını və yumşaq qəhvəyi tonlarında olan pomadaları bəyənirlər.

Dodaq quruluşuna görə xarakter analizi

Dolu dodaqlar - Fizioqnomika elminə görə, dolu dodaqlı qadınlara kişilər çox nadir hallarda ciddi fikirlə yanaşırlar. Onları qınamaq olmaz. Çünki belə qadınların özləri də zövq və əyləncə vurğunudurlar. Dolğun dodaqlar yüksək temperamentin danılmaz göstəricisidir. Sirr deyil ki, kişiləri dolğun dodaqlı qadınlarda ən çox cəlb edən görünüş yox, məhz elə dodaqlardır. Əbəs yerə onun dodaqları cazibə və ehtiras simvolu seçilməyib ki... Belə qadınlar üçün sevgi yox, hər zaman diqqət mərkəzində olmaq daha vacibdir. Dolğun dodaqlı qadınlar həm də eqoist olurlar. Səyahətə çıxmağı çox sevirlər. Belə qadınların çox yaxşı ana olduqları isə danılmaz faktdır.

Nazik dodaqlar - Bu qadınların bəxti sevgidə heç vaxt gətirmir. Lakin onlar bundan şikayət etmirlər. Bu iradəli gözəllər çətin anlarında kimdənsə aman diləməyi ağıllarından belə keçirmirlər. Kişiləri ələ ala bilməsələr də, insanları ram etməyi bacarırlar. Nazik dodaqlı xanımlar müstəqilliyi çox sevirlər. Bəzən o qədər sərbəst olurlar ki, həyatlarının sonuna kimi onları qane edən tənhalığa qapılırlar. Nazik dodaqlı qadınların bir mənfi cəhəti var ki, bu da onların şan-şöhrət əsiri olmalarıdır...

Alt dodaq üst dodaqdan qalındırsa - Sən demə, kişilərin 80 faizində alt dodaq üst dodaqdan qalındır. Bu da kişilərin xəyanətə meyilli olmasındən xəbər verir. Çünki alt dodağı üst dodaqdan qalın olanlar vəfasız olur. Belə insanlardan sadiqlik gözləmək mənasızdır. Onlar üçün sadiqlik sözü zəmanənin tələbatına uyğun gəlməyən arxaikləşmiş ifadələrdir. Bu cür dodaqlı qadınlar da kişilərdən geri qalmırlar. Bu, onların ömür boyu yeni partnyorlar və əyləncə axtaracaqlarına işarədir. Sözügedən insanların həm də tənbəl olduğu deyilir.

Üst dodaq alt dodaqdan qalın - Bu cür dodaqlı qadınları avropalılar nəzakətli, sadə, işvəli, naz-qəmzəli və ailəcanlı sayırlar. Ancaq asiyalılarda əksinə, belə dodaqlar riyakarlığın və süniliyin əlaməti hesab olunur. Avropalıların fikrincə, belə qadınlar yaxşı yemək bişirdikləri üçün həyat yoldaşları tərəfindən həmişə sevilirlər. Üst dodağı qalın olan qadınları kişilər əsl tapıntı hesab edirlər.

Simmetriyasız dodaqlar - Onlar sadiq olurlar. Ümumiyyətlə, simmetriyasız dodağı olanlar qollarını çırmayıb, ancaq öz imiclərini dəyişməyə çalışırlar. Belə xanımlar yalan danışırlar, öz xasiyyətlərini həddindən artıq şişirtməyi xoşlayır, ətrafdakı insanlara utanmadan şər-böhtan atırlar. Onlar sevgidə məğlubiyyətə uğradıqları zaman böyük acı çəkmirlər.

Gülümsəyən dodaqlar - Belə dodaqlar tükənməyən sevinc və xoşbəxtlik çeşməsi kimi insanları özlərinə cəlb edirlər. Həmişə optimistdirlər. Bəzən zəhlətökən pərəstişkarlarını uzaqlaşdırmaq üçün özlərini həddindən artıq soyuqqanlı və ciddi göstərməyə çalışırlar. Ancaq gülümsəyən dodaqları onlara bu hiylənin öhdəsindən gəlməyə imkan vermir. Onlar hər zaman kişiləri ovsunlamağı bacarırlar.

Qəmli dodaqlar - Təəssüf ki, dodaqlarının kənarları aşağı sallanan qadınlar sadiq pərəstişkarları ilə öyünə bilmirlər. Nədənsə belə insanların qarşısına çıxanlar yalançı və hiyləgər olur. Nəticə etibarı ilə onlar insanlara qarşı ümidlərini itirirlər. Onlar heç nəyə inanmırlar və həmişə özlərini lazımsız hesab edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm