Dəri çantaların ömrünü necə uzatmaq olar?
Bizi izləyin

Tabloid.az

Dəri çantaların ömrünü necə uzatmaq olar?

Çanta dəbi hər il dəyişsə və parça materialdan hazırlanan çantalar bütün mağazaların vitrinlərini bəzəsə də, dəri çantaları heç nə əvəz edə bilməz. Dəri çantaların qüdrətli hakimiyyəti modada hələ uzun illər davam edəcək. Dəri çantaları diqqətli istifadə

Çanta dəbi hər il dəyişsə və parça materialdan hazırlanan çantalar bütün mağazaların vitrinlərini bəzəsə də, dəri çantaları heç nə əvəz edə bilməz. Dəri çantaların qüdrətli hakimiyyəti modada hələ uzun illər davam edəcək. Dəri çantaları diqqətli istifadə etmək lazımdır, onun qulluğu da çox çətindir. Dəri çantalar da insan dərisi kimi çox həssasdır. Ona layiq olduğu diqqəti göstərməsəniz, tez küsər və tez “qırışar”.

Tabloid.az dəri çantalara necə qulluq etməyin qaydalarını təqdim edir:

İlk olaraq çantanın formasının itməməsi üçün broş kimi iynəli aksessuarlardan uzaq durmalısınz. Çox xoş görünsə də, çantanın üzərindəki broşlar dərini korlayır və iz qoyur. Buna görə də, çantanın üzərini bəzəyən aksessuarlardan istifadə etməməlisiniz. Eyni zamanda, çantanı həddən artıq yükləmək olmaz.

Dəri çantaları isti yerlərdən uzaq tutun. Məsələn, yağışdan dolayı çanta islanıbsa, onu qurumaq üçün sobanın yanına qoymayın. İslanmış çantanı quru bezlə səliqə ilə silin.

Çantanın çirk və tozunu isə isladılmış bezlə silin. Bezlə çantaya sərt toxunmaq olmaz. Dairəvi, yüngül hərəkətlərlə ləkələri daha asan çıxarda bilərsiniz.

Dəri çantaları istifadə edilməyən digər çantalar kimi necə gəldi atmaq olmaz. İçinə süngər, ya da köhnə qəzet qoyaraq formasını saxlamağa nail ola bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm