Min bir dərdin dərmanı: balıq yağı
Bizi izləyin

Tabloid.az

Min bir dərdin dərmanı: balıq yağı

Tabloid.az balıq yağının faydalarını sizin üçün araşdırıb.

Balıq yağı omeqa 3 baxımından zəngindir. Sağlam ömür sürmək istəyən hər bir insan normal qidalanmaqla yanaşı əlavə vitaminlər və minerallar da qəbul etməlidir. Min bir dərdin dərmanı olan balıq yağını bütün apteklərdə tapmaq olur.

Tabloid.az balıq yağının faydalarını sizin üçün araşdırıb:

Ürək xəstəliklərindən qoruyur: araşdırmalar göstərir ki, balıq yağında olan omeqa-3 yağ turşuları orqanizmi ürək-damar xəstəliklərindən müdaifə edir.

İmmin sistemini gücləndirir: Tez-tez xəstələnirsinizsə, xüsusilə qış aylarında sağlamlığınıza qarşı diqqətli olmalısınız. Balıq yağı kapsullarından istifadə etsəniz qrip və öskürəkdən uzaq olacaqsınız.

Cild və saç gözəlliyi üçün: balıq yağından quru cili olanlar və saçları tez-tez qırılanlar mütləq istifadə etməlidirlər. Bu yağ saçların və dərinin daha sağlam görünməsini təmin edir.

Depressiyaya qarşı: Balıq yağının stress, intihara meyl, zehni yorğunluq və cinsi istəksizlik kimi problemlərin həllində yardımı olduğu tibbi cəhətdən təsdiqini tapmışdır.

Alzheymerın inkişafının qarşısını alır: Balıq yağının tərkibindəki DHA və EPA maddələri insanı Alzheymer xəstəliyindən qoruyur.

Hamilələr üçün yararlıdır: balıq yağı ana rəhmindəki körpənin beyin və və gözlərinin daha yaxşı inkişaf etməsinə kömək edir. Balıq yağından istifadə edən qadınlar hamiləliklərinin yarıda kəsilməsindən və digər riskli vəziyyətlərdən bir növ siğortalanmış olurlar. Ancaq mütləq həkim ilə məsləhətləşmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm