Yaraşıqlı futbolçuları ələ keçirən gözəlçələr – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Yaraşıqlı futbolçuları ələ keçirən gözəlçələr – FOTOLAR

Dünən kişilərin çoxdan gözlədiyi Dünya Futbol Çempionatı təntənəli açılışı ilə göz oxşadı. Bu münasibətlə ilk olaraq kişiləri, daha sonra futbol həvəskarı olan qadınları təbrik edirik. Tabloid.az futbol bayramının başlaması ilə əlaqədar olaraq xarizmatik

Dünən kişilərin çoxdan gözlədiyi Dünya Futbol Çempionatı təntənəli açılışı ilə göz oxşadı. Bu münasibətlə ilk olaraq kişiləri, daha sonra futbol həvəskarı olan qadınları təbrik edirik. Tabloid.az futbol bayramının başlaması ilə əlaqədar olaraq xarizmatik futbolçuları və onların cazibədar sevgililərini araşdırıb.

Ronaldo və İrina Şeyk - Onlar bu gün dünyanın diqqət mərkəzində olan ən yaraşıqlı cütlükdür. Hər ikisi öz karyerasında kifayət qədər uğur əldə etmiş insanlardır. Hər ikisi dünyanın seks simvolu adına layiqdir. Yayılan söz-söhbətlərə görə, onların sevgisi saxtadır və yalnız reytinqlərini qaldırmaq üçün bir vasitədir. Mətbuat onları dəfələrlə “ayırmağa” çalışıb. Paparazzilər yaraşıqlı futbolçunu gah gözəl qızlarla, gah da yaxtada öz dostları ilə birlikdə çəkib oriyentasiyası haqqında şayiələr yayırlar. Bütün bunlara baxmayaraq, cütlük hələ də birlikdədir və sevgilərinin möhkəm olduğunu hər fürsətdə sübut edirlər.

Portuqaliyalı futbolçu İrina ilə tanış olmaq üçün onu 2 ay mesaj və zənglərlə bezdirib. Cütlük “Armani”-nin reklam çəkilişləri zamanı tanış olublar. Artıq 3 ildir ki, birlikdədirlər. Bu müddət ərzində futbolçunun başqa qadından uşağı olduğu aşkara çıxıb. Model isə bunu anlayışla qarşılayaraq uşağı tərbiyə etməyə hazır olduğunu söyləyir. Futbolçu sevgilisinin sadiqliyini qiymətləndirir. Rus gözəli Ronaldonun qəlbini fəth edə bilib. Belə ki, futbolçu modeli artıq həyat yoldaşı adlandırır. İrina Şeyk futbolçunu milli mətbəxlə də tanış edib, onu tez-tez rus yeməklərinin hazırlandığı restorana aparır.

Ирина Шейк/Криштиану Роналду фото жены футболистов

Şakira və Pike cütlüyü - Onlar da dünyanın ən məşhur cütlükləri sırasındadırlar. Jerar Pike və Şakira 2010-cu ildə futbol üzrə dünya çempionatında tanış olublar. Çempionatın himni olan “Waka Waka” mahnısının klipində İspaniya yığmasının müdafiəçisi də iştirak edir. Onlar bir-birini ilk dəfə idi ki, görürdülər. Şakira onu görən kimi, iki metrlik xarizmatik futbolçuya məftun olur. Bu hadisədən sonra müsahibələrində dəfələrlə futbolçunun adını çəkir. Pike öz ölkəsində və dünyada bütün qızların sevimlisidir. Lakin heç kəs onların münasibətlərinin real olacağına inanmırdı. Məsələ burasındadır ki, futbolçu Kolumbiya gözəlindən 10 yaş kiçikdir.

2012-ci ilin yayında isə cütlük valideyn olmağa hazırlaşdığını elan edir. 2013-cü ildə cütlüyün ilk övladı Milan dünyaya gəlir. Doğuş Barselonada özəl klinikaların birində baş tutur. Cütlük öz məhəbbətini nümayiş etdirməkdən çəkinmir. Rəsmi şəkildə evli olmasalar da, Milanı birlikdə böyüdür, mehriban ailə həyatı yaşayırlar.

Шакира/Жерар Пике фото жены футболистов

Şakira:“Pike məni Allaha inandıra bildi! Düşünürəm ki, Allahın varlığını ancaq məhəbbət vasitəsi ilə sübut etmək mümkündür. Vaxtilə Tanrıya inamımı tamam itirmişdim . Bu, mənim üçün çox ağır idi, çünki həmişə dinə bağlı olmuşam. Bir neçə il ərzində ona inanmırdım. Bəlkə ona görə ki, həyatımda məhəbbət yox idi. Jerarla qarşılaşmaq günəşi görmək kimi idi... Əgər bizi, sevgi bağlayırsa, uzaqda olsa da, mənə heç vaxt xəyanət etməyəcək və buna çox inanıram!”

Devid və Viktoriya Bekxam - Tanrı nadir hallarda məşhur və uğurlu insanlara xoşbəxt ailə həyatı bəxş edir. Artıq uzun müddətdir ki, dünyanın ən çox arzulanan kişisi və yaraşıqlı futbolçu Devid Beckhamla Viktoriya ayrılmaz cütlük kimi tanınır. Devid idman karyerasına son qoysa da, planetin ən seksual futbolçusu hesab olunur.

Cütlük 1997-ci ildə Mançester Yunayted oyununda tanış olublar. Onlar 1999-cu ilin iyulunda evləniblər. Möhtəşəm toy mərasimi İrlandiyanın Lattrelstoun qəsrində baş tutur. Cütlük dəbdəbəli toylarına böyük pullar xərcləmişdilər. Həyat yoldaşının səyləri nəticəsində futbolçu dünyanın ən yaraşıqlı və zövqlü kişisinə çevrilir. Viktoriya özü də çox yaxşı anlayır ki, ərinin üzərində böyük təsirə malikdir. Buna görə də, qısqanclıq səhnələrini nümayiş etdirmir. O, hətta ərinin təsadüfi əlaqələrinə göz yummağa hazır olan bir qadındır. Bu xoşbəxt nikahdan cütlüyün 4 övladı dünyaya gəlib. Onların Bruklin, Romeo, Kruz adlarında 3 oğlu və Harper adlı bir qızı var. 3 oğul dünyaya gətirən ulduz onun yolunu davam etdirən qızının olmasını çox arzulayırdı. 2011-ci ildə nəhayət ki, ideal cütlüyün qızı dünyaya gəlir. Onların ailəsi və karyerası haqqında ən uğurlu imperiya demək olar.

“Bütün qadınları ona heyran olduğuna görə, necə qınaya bilərəm? Axı mən özüm də onun dərdindən ölürəm...”

Виктория Бекхэм/Дэвид Бекхэм фото жены футболистов

Adriana Sklenarikova və Kristian Karambe -Bu cütlüyə boş yerə gözəl və div demirlər. Cazibədar modellə futbolçunun evlilik xəbəri 1998-ci ildə sensasiya olmuşdu. Fransanın dünya çempionatında qalib gəldiyi və Karambenin həmin oyunun qəhrəmanı olduğu vaxtda model futbolçuya dəlicəsinə vurulur. Bundan başqa, model Ginnesin Rekordlar kitabına dünyanın ən uzun ayaqlı qadını kimi düşüb. Təəssüf ki, cütlük 2011-ci ildə boşanır. Səbəbini isə mətbuata açıqlamırlar.

Адриана Скленарикова/Кристиан Карамбе фото жены футболистов

Linda Evenqelista və Fabben Bartez - 1998-ci ildə futbolçu cazibədar modelə aşiq olur. Fransanın qalibiyyətindən sonra modelin də milli yığmanın qapıçısı Fabena Bartezə gözü düşür. Dəb jurnallarını bəzəyən model birdən-birə həyat yoldaşını sevən qadına çevrilir. Hətta bir neçə sərfəli müqavilələrdən imtina edir. Evdar qadına çevrilən model ana olmaq istəsə də, uşağını itirir. Futbolçu sonda modeli aparıcıya görə tərk edir.

Линда Евангелиста подруги и жены футболистов Фабьен Бартез подруги и жены футболистов

Alena Seredova və Canluici Buffon - Buffon İtaliyanın, hətta dünya futbolunun əvəzolunmaz ulduzudur. Həmçinin dünyanın bir nömrəli qapıçısı hesab olunur. Çexiyalı model Alyona Seredova italiyalı futbolçuya ancaq bir şərtlə ərə getməyə razı olur. Belə ki, futbolçu dünya çempionu olmağa söz verir. 2006-ci ildə o, axır ki, öz sözünü tutur və dünya çempionluğunu qazanır. Cütlüyün 2 övladı var.

Алена Середова и Джанлуиджи Буффон подруги и жены футболистов

İlari Blazi və Françesko Totti - İtaliya futbolunun daha bir seks simvolu Totti teleaparıcı İlari Blazi ilə ailə qurur.

Илари Блази/Франческо Тотти

İnna Jirkova və Yuriy Jirkov - Futbolçunun həyat yoldaşı İnna Jirkova Ümumrussiya Dövlət Televiziya və Radio verilişləri şirkətinin müxbiri Boris Sobolveyaya verdiyi müsahibədən sonra qalmaqallı şəkildə məşhur olurlar. Onlar Aqniya Bartova və Samuil Marşakinin kim olması və ümumiyyətlə yerin günəş ətrafında fırlanıb fırlanmaması haqda verilən primitiv suallara belə cavab verə bilməmişdilər. Qalmaqallı video youtube-da yerləşdirilir, ictimaiyyətin rəyi isə gözəli depressiyaya salır. Hətta o, "Miss Rusiya 2012" titulundan imtina edir. Buna baxmayaraq, bir müddət keçəndən sonra model “Maxim” jurnalında açıq-saçıq fotosessiyaya çəkilir.

Инна Жиркова/Юрий Жирков

Viktoriya Lopıreva və Fedor Smolov - Viktoriya futbolçudan 7 yaş böyük olmasına baxmayaraq, münasibətləri qaydasındadır. Instagram səhifələrindən belə görünür ki, Maldiv adalarından istirahətdən yenicə qayıdıblar. Viktoriya əvvəllər Rusiyanın ən zəngin kişiləri ilə görüşüb.

Виктория Лопырева/Федор Смолов

Xummels və Keti Fişer - Artıq 4 ildir ki, Keti Fişerlə görüşür. Qız öz sevgilisini 2012-ci ildə Avropa çempionatına yola salır. Ulduz cütlük “GQ” jurnalına da poza verib.

İqor Akinfeyev və Valeriya Yakunçikov - Futbolçu Valeriya Yakunçikovla görüşür.

İker Kasilyas və Sara Karbonero - 2008-ci ildən İspaniyanın məşhur teleaparıcısı Sara Karbonero ilə görüşür. Futbol pərəstişkarları bu cütlüyü 2010-ci ilin dünya çempionatında canlı yayımda ehtiraslı öpüşü ilə xatırlaya bilər. 2014-cü ildə isə onlar valideyn olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm