Məşhurların mətbəx ehtirası - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Məşhurların mətbəx ehtirası - FOTOLAR

Məşhurların yazdıqları Kulinariya kitabları... “Əlfəcin” layihəsi üç dünya ulduzunu - Sofi Loren, Jerar Depardye və Qvinet Peltrounu bir araya gətirir. Hər üç ulduz özünü kitab yazmaqda sınayıb... Kulinariya kitabları yazan ulduzlar pərəstişkarların

Məşhurların yazdıqları Kulinariya kitabları...

“Əlfəcin” layihəsi üç dünya ulduzu - Sofi Loren, Jerar Depardye və Qvinet Peltrounu bir araya gətirir. Hər üç ulduz özünü kitab sahəsində sınayıb...

Kulinariya kitabları yazan ulduzlar pərəstişkarlarını şəxsi reseptləri ilə tanış edir, bununla yanaşı, oxuculara öz yemək fəlsəfələrini çatdırırlar...

Jerar Depardye - “Mənim mətbəxim” kitabı

Kitabda bahalı restoranlarda təqdim olunan fransız mətbəxi deyil, sadə fransız yeməklərinin reseptləri yer alıb.

Jerar Depardye böyük maraq və sevgi ilə öz mətbəx fəlsəfəsi, uşaqlığı, şərablar barədə fikirləri ilə bölüşür, o cümlədən, niyə yeməyi əllə yeməsinin səbəblərini açıqlayır...

Sofi Loren - “Xatirələr və reseptlər” kitabı

Bu kitabla Sofi Loren gözəl aktrisa olmaqla yanaşı, əsl kulinar olduğunu da sübut edir. İtaliyalı aktrisa həvəslə sevdiyi yeməklərin reseptlərini yazır. Lakin kitab sırf nadir italyan mətbəxinin sirlərini açmır... “Xatirələr və reseptlər” kitabında əvəzedilməz Sofinin Neapolda keçən uşaqlığı barədə xatirələr, həmçinin, aktrisanın başına gələn müxtəlif maraqlı hadisələr də yer alıb...

Bu kitabı müxtəlif əldə edin, Sofi Loreni bir aşpaz kimi də kəşf edəcəksiniz...

Qvinet Peltrou – “Atasının qızı” kitabı

Dadlı, asan hazırlanan reseptlərin yer aldığı “Atasının qızı” kitabını amerikalı aktrisa 2002-ci ildə vəfat edən atasına həsr edib.

Qvinet söyləyir: “Yeməyi bir yerdə, ailəlikcə yemək vacibdir. Şam yeməyi vaxtı atam daim bizimlə söhbət edir, bu və ya digər məsələlərlə bağlı fikirlərimizi öyrənirdi”...

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm