“Ərim heç kimi zorlamayıb” – VİDEO
Bizi izləyin

Tabloid.az

“Ərim heç kimi zorlamayıb” – VİDEO

“Əsas odur ki, biz bir yerdəyik, bir-birimizi sevirik və bütün düşmənlərimizin acığına xoşbəxt olacağıq”...

“Əsas odur ki, biz bir yerdəyik, bir-birimizi sevirik və bütün düşmənlərimizin acığına xoşbəxt olacağıq”...

Selin Dion: “Xoşbəxtliyə layiqəm”...

Martın sonu Selin Dionun əri Rene Anjelili məhkəməyə çağırırlar. Xanım Kvon artıq ikinci dəfə idi ki, Selinin ərini zorlamada ittiham edirdi. Kvonun verdiyi ifadəyə əsasən, Anjelil onunla Imperial Palace otelində tanış olub. Bütün gün ərzində Rene onu izləyib, daha sonra liftə salaraq zorlayıb.

İki il əvvəl Selin Dion və onun əri məhkəmə zalından qalib kimi çıxmışdılar. İndi dəhşət yenidən geri qayıdırdı...

İki il əvvəl həkimlər Selin Diona əri Rene Anjelilin ən dəhşətli xəstəliklərdən biri olan xərçəngə qalib gəldiyini söyləmişdilər. Az keçmədi ki, vəkil zəng edib Reneni zorlamada təqsirləndirən xanım Kvonun məsələni xoşluqla həll etməyə razılaşdığını xəbər etdi.

Uzun zaman davam edən gərginlikdən yenicə yaxa qurtarmış Selin bütün dünyaya car çəkdi: “Heç kim və heç vaxt əlimdən xoşbəxtliyimi ala bilməyəcək. Həmişə nə istədiyimi yaxşı bilmişəm – beş yaşımda da, iyirmi beş yaşımda da: bir insan tərəfindən sevilmək... Şüurlu olaraq, bu yolla addımlamışam. Bu gün mənim musiqim, pərəstişkarlarım və Renem var. Odur ki, heç kimə illərlə qazandığımı, xüsusilə Reneni əlimdən almasına izin vermərəm. O, mənə xəyanət etməyib. O, bunu sübut etdi”.

İlk baxışdan...

Onların ilk görüşündə romantik heç nə olmamalıdı idi, sırf işgüzar görüş idi bu. On iki yaşlı Selin anası ilə birgə 38 yaşlı məşhur prodüser Rene Anjelilin yanına dinləməyə gəlmişdi. İlk dinləmədən sonra ciddi prodüserin gözlərinin yaşarması da heç bir əhəmiyyət kəsb etmirdi. Prodüser, sadəcə, bir şeyi anlamışdı – onun qarşısında gələcək ulduz dayanıb...

Anjelil himayəsində olan qızcığazın hər addımını izləməyə başladı. Ona özünü cəmiyyətdə necə aparmağı öyrətdi, plastik əməliyyatının xərcini ödədi. Selinin ilk albomunu yazdırması üçün isə öz evini girov qoydu. Ancaq heç bir məhəbbətdən söhbət gedə bilməzdi, hər şey Selinin uğuruna yönəlmişdi. Fəqət Selin “ikici ata”sına əməlli-başlı pərəstiş edirdi, amma öz hissləri barədə qızcığaz Reneyə düz səkkiz ildən sonra danışacaqdı... Cavab isə özünü çox gözlətmir. Anjelil həmin ərəfədə üçüncü həyat yoldaşı ilə yenicə boşanmışdı. Bu ayrılığı Rene ağır keçirirdi: dərman içirdi, psixiatr yanına gedirdi. Odur ki, Selinə olan sevgi onu xilas etdi desək, yanılmarıq.

Bu eşq macərası barədə bütün dünya danışmağa başlayır. Bəziləri Selini biclikdə qınadı, digərləri Anjelili tənqid atəşinə tutdu. Bir çoxları isə bunun, həqiqətən, sevgi olduğuna inandı...

Selin bütün şayiələrə belə cavab verirdi: “Qoy, nə istəyirlər, danışsınlar. Əsas odur ki, biz bir yerdəyik, bir-birimizi sevirik və bütün düşmənlərimizin acığına xoşbəxt olacağıq”...

Cütlük 1994-cü ildə Notr-Dam kilsəsində evləndi. Bu toyu şou-biznes tarixinin ən gözəl toylarından biri adlandırırlar. Toyda minə yaxın insan iştirak etmişdi...

Selin xoşbəxt olduqlarını bütün müsahibələrində qeyd edirdi. Onu narahat edən yeganə sual övladlarının olmaması barədə sual idi. Selin bunu məşğul olması ilə əlaqələndirirdi...

Tale...

1999-cu ilin mart ayı idi. Selinin ad gününə az bir vaxt qalıb, o isə heç cür yuxuya gedə bilmir. Son üç ildə Selin yalnız bir hədiyyə haqda arzu edirdi – onu “ana” çağırsınlar. Tezdən əri onu yuxudan ayıldaraq, böyük gül dəstəsi təqdim etdi. Son vaxtlar o, tez-tez yoxa çıxırdı. Selin artıq Renenin ona xəyanət etdiyini fikirləşirdi. Hətta ehtimal edirdi ki, əri bir gün evə gəlib, özünə yeni sevgili tapdığını elan edəcək.

Bir saat sonra Selin Renedən “başqa qadın”ın adını öyrəndi – xəstəlik. Həkimlər yarım il əvvəl Anjelilə boğaz xərçəngi diaqnozu qoymuşdular. Bu müddət ərzində, o, Selindən həqiqəti gizlədirdi. Ancaq daha gizli saxlaya bilməz, həkimlər təcili əməliyyat olmağı məsləhət görürlər. Selin daha əvvəl bunu öyrənmədiyinə görə özünü danlamağa başladı: “Kaş elə başqa qadını olardı, nəinki bu xəstəlik”...

Ərinin xatirinə Selin iki il şou-biznesdən itdi və ərinin qayğısına qalan evdar xanıma çevrildi: “Necə görünməyim mənə maraqsız idi. Mən, sadəcə, sevdiyim insanın kölgəsinə çevrilmişdim. Ona dəstək olurdum, yemək verirdim – bir sözlə, onun xidmətçisi idim”.

Əməliyyatdan sonra Reneyə kimyaterapiya yazdılar. Selin həkimlərdən müalicənin onların gələcək övladlarına necə təsir edib-etməyəcəyi barədə soruşdu.

“Siz hələ də uşaq haqda düşünürsünüz? Onlar barədə unudun. Kimyaterapiyadan sonra heç bir uşaqdan söhbət belə gedə bilməz”...

Selin buna inana bilmirdi, daha doğrusu inanmaq istəmirdi. O, ən bahalı klinikalara müraciət edirdi, ancaq hər yerdə eyni cavab alırdı. Lakin bununla barışmırdı da. Ən sonda, Selin dondurulmuş embrionlarla təcrübə aparan həkimə müraciət etdi. Məhz bu həkim Dion və Anjelili valideyn etməyə müvəffəq oldu.

Selin ana olacağını ərinin tam sağaldığı gün öyrəndi. “Selin xanım, əriniz haradadır? Dərhal onu telefona çağırın”...

  • Rene, həkim sənə nəsə demək istəyir...
  • Sizi təbrik edirəm, yeddi aydan sonra siz artıq üç nəfər olacaqsınız...

Selin və Rene bütün axşamı ağladılar...

2001-ci ilin 25 yanvarında çoxdan gözlənilən hadisə baş verdi. Selin Dion və Rene Anjelilin oğlu Rene – Şarl dünyaya gəldi. Yenicə dünyaya gəlmiş körpəsini Celin nəinki jurnalistlərdən, bəzi tanışlarından da gizlədirdi. İndi o, xoşbəxt olduğunu etiraf etməkdən qorxurdu. Kimsə bunu onun əlindən alar deyə...

Dönüş...

Xoşbəxtlik qayıtmışdı. Selin yenidən oxumağa başlamışdı, öz körpəsi kiçik Rene üçün... Çox keçmədi ki, Selin pərəstişkarlarına geri dönəcəyini elan etdi.

Bu gün KİV-də Selin və onun əri Rene barədə müxtəlif cür şayiələr gəzsə də, bu Selin Dionu qətiyyən narahat etmir:

“Mən heç vaxt Renedən şübhələnməmişəm, onun mənə xəyanət etmədiyinə əminəm. Bundan sonra bu məsələni bizim vəkillər müzakirə edəcək, biz yox. Biz xoşbəxt olacağıq. Düşünürəm ki, mən bu xoşbəxtliyə layiqəm...”

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm