• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Leonardo çempionatı izləmək üçün 678 milyonluq yaxta kirayələdi - FOTOLAR

Leonardo çempionatı izləmək üçün 678 milyonluq yaxta kirayələdi  - FOTOLAR

Dünya çempionatının açılışını stadionda izləyənlər arasında məşhur aktyor Leonardo Di Kaprio da olub.
Tabloid.az xəbər verir ki, Leo çempionatı rahat izləmək üçün yaxta kirayələyib. Oyunu stadionda izlədikdən sonra yaxtasına gedərək dostları ilə birlikdə əylənən Di Kaprionun istirahətinin çox maraqlı keçdiyi bildirilir.

Qeyd edək ki, aktyorun kirayələdiyi “Topaz” adlı yaxta dünyanın ən büyük beşinci yaxtası sayılır. 147 metr uzunluğu olan “Topaz”-ın qiymətinin 678 milyon dollar olduğu deyilir. Braziliya donanmasındakı gəmilərdən belə daha böyük olan yaxtanın Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müşaviri və eyni zamanda, “Mançester Yunayted” kulubunun sahibi olan Şeyx Mansura aid olduğu bildirilir. Leonardonun Şeyx Mansura pul ödəyib ödəmədiyi isə bilinmir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR