Mətbəxin qızıl qaydaları
Bizi izləyin

Tabloid.az

Mətbəxin qızıl qaydaları

8 qızıl qayda
  • Səhər yeməyi və ya çay saatı üçün hazırladığınız şirniyyatların daha ləzzətli olmasını istəyirsinizsə, xəmirə əlavə etdiyiniz qabartma tozuna bir az şəkər tozu əlavə edin.
  • Meyvəli keks bişirərkən meyvələrin keksin dibinə çökməməsi üçün əvvəlcə onları una, yaxud nişastaya bulayıb, bir müddət saxladıqdan sonra keksə qatın.
  • Kartof püresinə fərqli bir ətir vermək istəyirsinizsə, içinə bir az hindqozu atın.
  • Ət yumşaq olsun deyə qaynadarkən suyuna limon suyu, ya da sirkə qatın. Ancaq qızardacaqsınızsa, bir gecə sirkəli və maye yağlı sousun içində saxlayın. Sousun içinə təzə bitkilərdən nazik-nazik doğrayaraq, ayrıca ləzzət qata bilərsiniz. Sonra ətə heç bir yağ vurmadan qızardın.
  • Bərk qatılaşmış qəhvə rəngli şəkəri təkrar yumşaltmaq üçün bir dilim çörək kifayətdir.
  • Şüşədə qalan şərabı dərhal atmayın, buz qəlibinə qoyaraq dondura bilər və sonra sous vəsaiti olaraq istifadə edə bilərsiniz.
  • Kartof barmaqlarınızdakı yemək ləkələrini çıxara bilər; çiy olaraq dilimləyib ləkələrin üzərinə sürtməniz və sonra da yaxalamağınız kifayətdir.
  • Soğanları işləyən bir ventilyatorun qarşısında kəssəniz gözləriniz yaşarmayacaq.
  • Şorbanız çox duzlu olsa, təşvişə düşməyin.Qaynamaqda olan şorbanın içərisinə çiy kartof dilimləri atın. Kartof duzu çəkəcək, sonra kartofu şorbadan çıxarda bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm