Kraliçaları bəzəyən möhtəşəm baş tacları - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Kraliçaları bəzəyən möhtəşəm baş tacları - FOTOLAR

Taclara böyük hökmdarların və imperatorların, kral və kraliçaların ən vacib aksesuarı deyə bilərik. Çox az insana nəsib olan, kraliça və şahzadələrin daşıdıqları taclar dünyanın ən bahalı aksessuarı hesab olunur. Taclar çox özəl və qiymətli qaşlarla, bril

Taclara böyük hökmdarların və imperatorların, kral və kraliçaların ən vacib aksesuarı deyə bilərik. Çox az insana nəsib olan, kraliça və şahzadələrin daşıdıqları taclar dünyanın ən bahalı aksessuarı hesab olunur. Taclar çox özəl və qiymətli qaşlarla, brilliantlarla bəzədilən zinət əşyalarından daha qiymətlidir. Qiymətli taclar əslində, bir miras kimi nəsildən-nəsilə ötürülür. Qız övladına, ya da oğlanın həyat yoldaşına keçir. Amma kraliça tacları mütləq daha təmtəraqlı və ehtişamlı olmalıdır. Daha doğrusu, görkəmi, ehtişamı öz üzərində daşıdığı halda eyni zamanda,çox nəfis və zərif görünməlidir.

Müasir tarixdə kraliça Yelizavettanın tacları həm özəl, həm də çox bahalıdır. O, kübarlığı və zadəganlığı ilə tacları layiq olduğu kimi öz üzərində daşıya bilir. Amma şahzadə edikdə ağla ilk olaraq şahzadə Diananın tacı gəlir. Kədərli şahzadəyə taclar çox yaraşırdı.

Bütün qadınlar belə gözəl tacı daşımaq istəyər. Amma Diananın həyat hekayəsi çox kədərlidir... Heç bir qadın özünə qəm-qüssə ilə dolu bir həyat arzulamaz. Yəni möhtəşəm və təmtəraqlı kraliça tacları həyat səviyyəsini və standartlarını artırsa da xoşbəxt olacağınıza dair zəmanət vermir.

Keyt Midelton da toyunda taxdığı tacla diqqət çəkmişdi. Krallıq ailəsinə məxsus olan tac yüz illərdir ki, gəlinlərin daşıdığı tacdır.

Çox tanınmış kraliça və şahzadələrin taclarından başqa, qədim dövrlərdən qalma əntiq kraliça tacları da var. Əslində, tacların dizaynı və modelləri dəyişsə də mahiyyəti dəyişmir. Belə ki, bu tac kraliçanın statusunu müəyyən edən əşya olaraq alır. Lakin müasir dövrün tacları daha modern və sadə olur.

Tabloid.az tarixə düşmüş tacların fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm