Bu qidaları acqarına yemək olmaz!
Bizi izləyin

Tabloid.az

Bu qidaları acqarına yemək olmaz!

Səhərl yeməyi insanın sağlamlığı üçün mühüm rol oynayır. İnsanın əhvalı onun qidalanmasından bilavasitə asılı olduğuna görə, səhər acqarına nə yeyəcəyiniz çox önəmlidir. Uzun müddət boş qalan mədəyə bəzi məhsulların düşməsi, həzm sisteminə pis təsir edir.

Səhərl yeməyi insanın sağlamlığı üçün mühüm rol oynayır. İnsanın əhvalı onun qidalanmasından bilavasitə asılı olduğuna görə, səhər acqarına nə yeyəcəyiniz çox önəmlidir. Uzun müddət boş qalan mədəyə bəzi məhsulların düşməsi, həzm sisteminə pis təsir edir. Hətta bu məhsulların gündəlik qəbulu, mədə-bağırsaqda köpün əmələ gəlməsinə, mədənin selikli qişasının zədələnməsinə, qastrit və digər pozulmalara səbəb ola bilir. Bu baxımdan dietoloqlar səhərlər acqarına yeyilməsi qadağan olunan məhsulların “qara siyahısı”nı hazırlayıblar.

Beləliklə, sizə bu məhsulların siyahısını təqdim edirik:

Mütəxəssislər səhər tezdən banan və yoqurtun yeyilməsini qadağan edirlər. Bananla bağlı əsas problem onun tərkibində çoxlu maqneziumun olmasıdır. Ona görə də səhərlər banan yemək vərdişi orqanizmdə kalsium-maqnezium balansının pozulmasına gətirib çıxarır ki, bu da ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Yoqurt isə mədəyə düşərkən öz faydalı xüsusiyyətlərini qismən itirir. Buna görə də onu səhər yeməyindən 2 saat sonra və ya yatmazdan qabaq yemək daha yaxşıdır.

Xurma və pomidor isə “qara siyahı”ya tərkibində mədə daşlarının yaranmasına şərait yaradan aşılayıcı turşunun olması səbəbindən düşüb.

Siyahıda sarımsaq, konservləşdirilmiş və hisə verilmiş məhsullar da var.

Həkimlər mədə qişasını qıcıqlandırmamaq üçün xiyar, bibər və kələm kimi çiy tərəvəzlərdən imtina etməyi tövsiyə edirlər. Xüsusilə həzm sistemində problemi olan adamların buna riayət etmələri daha vacibdir.

Onu da yadda saxlamaq lazımdır ki, ac insanın şəkər qəbul etməsi orqanizm üçün gözlənilməzdir. Bu zaman mədəaltı vəzi lazımi miqdarda insulin ifraz etməyin öhdəsindən gələ bilmir. Nəticədə qanda şəkərin miqdarı yüksək səviyyəyə çatır və turşu-qələvi balansı pozulur.

7-8 saat yuxu ərzində orqanizmdən xeyli maye buxarlandığına görə, orqanizm mayeyə ehtiyac duyur. Səhərlər su içmək lazımdır. Su içildikdə mədə-bağırsaq sistemi sanki səhər yeməyi üçün hazırlamış olur. Lakin su otaq temperaturunda olmalıdır. Soyuq su içildikdə isə mədənin selikli qışası qıcıqlanır. Bundan əlavə, soyuq su, mədə damarlarını daraldır, qan dövranı pisləşir, bu isə qidanın həzm prossesinə mənfi təsir göstərir.

Un məhsullarının tərkibindəki maya köp yaratdığına görə, səhərlər un məmulatlarının qəbulu məsləhət görülmür. Böyük ehtiyac duyulduğunda mayasız məhsulları istifadə edə bilərsiniz.

Bir çoxlarımız üçün səhər məhz 1 fincan qəhvə ilə başlayır. Qəhvə sevərlərin nəzərinə çatdırırıq ki, tərkibində olan kofein, mədəyə düşdükdə selikli qişanı qıcıqlandırır, bunun nəticəsində isə mədə şirəsinin sekresiyası çoxalır. Ən əsası isə, qəhvədən başqa heç nə yemədikdə, ifraz olunan turşuluq (mədə şirəsi) mədə toxumasını yeyir, bu da qastritin yaranmasına səbəb olur.

Portağal və qreypfrut şirəsi sevənlərə məlsəhət görülür ki, səhərlər bu vərdişlərindən imtina etsinlər. Çünki acqarına sitrus meyvələri yemək - qastritə aparan ən qısa yolu seçmək deməkdir. Sitrus meyvələrinin tərkibibində olan turşu, mədə divarını yeyir və qastritin yaranmasına təkan verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm