Yay aylarında saçları qoruyan vacib məsləhətlər
Bizi izləyin

Tabloid.az

Yay aylarında saçları qoruyan vacib məsləhətlər

Bir çox yay həzzi saçlarımızın düşməninə çevrilir. Günəş, ultrabənövşəyi şüalar, külək, dəniz suyu, hovuz - əladır, amma saçları qorumasaq, saçlar öz gözəlliyini itirə bilər. bəs yay aylarında saçları sağlam olması nə etməliyik?

Bir çox yay həzzi saçlarımızın düşməninə çevrilir. Günəş, ultrabənövşəyi şüalar, külək, dəniz suyu, hovuz - əladır, amma saçları qorumasaq, saçlar öz gözəlliyini itirə bilər. bəs yay aylarında saçları sağlam olması nə etməliyik?

Yayda dəri qurulaşır, qoruyucu qatının təsiri aşağı düşdüyündən qaşıntı və həssaslıq əmələ gəlir. Bu zaman xüsusi qidalandırıcı və nəmləndirici maskalardan istifadə edin. Nəmləndiricidən hər gün yararlanmaq olar. O, saçı ultrabənövşəyi şüaların təsirindən qoruyur. Qidalandırıcı isə daha dərindən təsir göstərir: maddələr saçın kökünə daxil olaraq daxildən hidrobalansı bərabərləşdirir. Ondan həftədə 2-3 dəfə istifadə edin.

Yay aylarında saçlar daha çox elektrikləşməyə başlayır. Buna səbəb rütubətdir. Mütləq saç üçün kondisionerdən istifadə edin. Çalışın saçınızı bulaq suyu ilə yuyasınız. Bir sıra kosmetik brendlər xüsusi nəmləndirici spreylər istehsal edirlər ki, onların istifadəsi yalnız xeyrinizədir.

Yayda biz daha çox tərləyirik, baş dərisi də istisna deyil. Toz və külək bu situasiyanı daha da korlayır. Yağlı dəri üçün arı yapışqanından hazırlanan vasitə xeyirlidir. O, dəri piyi ilə qarışaraq dezinyeksiya yaradır. Yağlı saç kökləri disbalansdan xəbər verir ki, bu da saç tökülməsi ilə nəticələnir. Tərləmənin qarşısını alan inqrediyentlərdən (pıtraq, palıd, tozağacı, ayıpəncəsi) istifadəni unutmayın.

Yayda 2-si 1-də şampunlarından istifadə etməyin. Yay üçün nəzərdə tutulan xüsusi şampun və balzamlar alın. Saçların nazikləşməsinin qarşısını almaq üçün balzamı əvvəl yaş saça vurun, 10 dəqiqə saxladıqdan sonra şampunla yuyun. Əgər saçınız nazikdirsə, saç lakından ümumiyyətlə imtina edin. Zəif teksturalı sprey, krem və ya muslardan istifadə edin. Ən əsası saçınızı elə yığın ki, ucları günəşdən qorunsun, baş örtüyü barədə də unutmayın.

Seyrək dişli daraqlardan istifadə edin. Belə ki, daraqlar quru və haçalanmış saçları tez zədələyir.

Saçların yumşalması üçün həftədə 2-3 dəfə istənilən bitki yağından istifadə edin: bir neçə damcı yağı ovcunuza yayın və saçınıza sürtün.

Saçlarınızı təkcə üzdən yox, daxildən də qidalandırın. A vitamini ilə zəngin olan ərzaqlar - kök, yumurtanın sarısı, kərə yağı, çaytikanı saçlara çox xeyirlidir.

Dəniz suyu proteini yuyaraq saç kökünü zədələyir. Dənizdə çimdikdən sonra saçınızı bərpa edən şampunla yuyun. Tərkibində B5 vitamini olan şampun alın. Dəniz və hovuzda çimdikdən sonra saçınızı adi su ilə yaxalayın. Çünki duz və xlorun dağıdıcı təsiri günəş şüaları altında daha da artır.

Yayda saçlar parlaqlığını və elastikliyini itirir. Fendən imtina edin və ya soyuq qurutma rejimilə qurudun. Feni saçınızdan 25 sm aralı tutun. Prosedurdan əvvəl saçınıza xüsusi vasitə vurun.

Ultrabənövşəyi şüalar nəticəsində saçın strukturu pozulur, haçalanma ən həssas yerdə - uclarda əmələ gəlir. Haçalanmış ucları geri qaytarmaq mümkünsüzdür. Ona görə də problemi qabaqlamaq lazımdır: ucları məzuniyyətdən sonra deyil, qabaqcadan kəsdirmək lazımdır.

Yayda ən yaxşısı saçı qısa kəsdirməkdir. Əgər buna risk edə bilmirsinizsə, afrikan hörüyü hördürə bilərsiniz. Bununla həm orijinal görünüş alacaq, həm də bir sıra süni tellər saçınızı günəşdən qoruyacaq. Həmçinin belə hörüklərlə saç düzləşdirməsi barədə unutmaq olar. Amma başınızda anadangəlmə ləkə, kəpək varsa, hörüklər məsləhət deyil. Qüsurlar gözə daha tez çarpacaq.

Rəngləmə və kimyəvi burma qurumuş saçları daha da zədələyir. Əgər rəngləmə və kimyəvi burma sizin stilinizdirsə, onda bunları istirahətə getməmişdən iki həftə əvvəl etdirin. Bu zaman ərzində saçın strukturu bərpa olunacaq, rəng piqmenti stabilləşəcək və hovuzun xlorundan rəngini az dəyişəcək.

Günəşdən ən yaxşı müdafiə baş örtüyüdür. İdeal variant isə havanı buraxan və şüaların qarşısını alan həsir şlyapadır. Alternativ variant olaraq panama və ya təbii materialdan (dərinin nəfəs alması üçün pambıq və ya ipək yaylıq) əlvan yaylıq da seçə bilərsiniz. Tünd rənglərdən uzaq durun - onlar günəş şüalarını cəlb edirlər ki, bu da günvurmaya gətirib çıxara bilər.

Yayda saçlara qulluq üçün lazım olan professional vasitələr xüsusi mağazalarda və gözəllik salonlarında satılır. Onları adi vasitələrlə əvəz etmək də olar. Saça qulluq vasitələri istehsal edən şirkətlər malın adından sonra qablaşdırmada «SUN» (günəş) sözünü yazırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm