Mövsümə uyğun ən şıq sarafanlar - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Mövsümə uyğun ən şıq sarafanlar - FOTOLAR

Havalar düzəldiyinə görə, qarderobumuzdakı safaranları həvəslə çıxara bilərik. Uzun və rahat sarafanlar, ətəklər bu il daha çox bohem (azad ruhlu insanların etnik üslubun hiss olunduğu və hippivari geyim tərzi) tərzindədir. Tabloid.az mövsümün ən trend uz

Yay gəldiyi üçün qarderobumuzdakı safaranları həvəslə çıxara bilərik. Uzun və rahat sarafanlar, ətəklər bu il daha çox bohem (azad ruhlu insanların etnik üslubun hiss olunduğu və hippivari geyim tərzi) tərzindədir.

Tabloid.az mövsümün ən trend uzun sarafanlarını, ətəklərini və onları nə ilə geyinməyin yollarını izah edəcək.

Qısa pencəklərlə geyinin. Bu ilin dəbi olan qısa pencəklə uzun sarafanların uyğunluğuna heyran qalacaqsınız. Qısa pencəklər uzun sarafanları daha eleqant göstərəcək. Sərin havalarda qısa dəri pencəklər və cins gödəkçələrinizlə uzun donları birləşdirə bilərsiniz.

Səndəllə geyinin. Uzun sarafanları hündür daban ayaqqabılarla geyinmək olar. Ancaq bu mövsüm səndəllərlə uzun donların sintezi daha aktualdır.

İdman köynəyi ilə geyinin. Uzun donların üzərinə idman tərzində olan köynəklər geyinib kasual (gündəlik üslub) stilinə bürünə bilərsiniz. Həmçinin qısa üst geyimlərinin dəbdəbəsindən söz açmağa ehtiyac yoxdur.

Düyməli köynəklə geyinin. Köynək klassik bir parça olmasına baxmayaraq, mövsümün trendidir. Dolayısı ilə uzun ətəklərlə də geyinmək mümkündür. Eyni zamanda, sarafanı cins köynəklə də birləşdirə biləsiniz.

Papaq taxın. Uzun bohem tərzində olan sarafanları mütləq papaqla birləşdirin. Onu bahar mövsümü üçün hazırlanan güllü şlyapalar və ya həsir papaqlarla uyğunlaşdıra bilərsiniz.

İdman ayaqqabıları ilə geyinin. İdman ayaqqabıları qələm ətək modelləri ilə geyinildiyi halda, niyə də uzun sarafanlarla geyinilməsin? Sarafan xüsusilə, yazın ən dəbli, üzərində gül-çiçək təsvirləri olan idman ayaqqabıları ilə əla görünür.

Jiletlə geyinin. Uzun ətək və sarafanları cins jiletlərlə də geyinmək şansınız var.

Kəmər taxın. Uzun sarafanlara yaraşan aksesuarlardan biri də kəmərlərdir. Xüsusən də bol kəsimli sarafanları qum saatı formasında göstərməkdən ötrü belinizə incə kəmər taxa bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm