Yayın ən dəbli klatçları - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Yayın ən dəbli klatçları - FOTOLAR

Bu yayın fərqli dəbi qarderobunuzu hər zaman istifadə etdiyimiz klassik detallardan təmizləyir. Belə ki, ilk baxışda kitaba bənzəyən klatçlar yayın trendinə çevrilib.

Bu yayın fərqli dəbi qarderobunuzu hər zaman istifadə etdiyimiz klassik detallardan təmizləyir. Belə ki, ilk baxışda kitaba bənzəyən klatçlar yayın trendinə çevrilib.

Uzaqdan kitab kimi görünən klatçlara diqqətlə baxanda çox rəngli və şıq olduğunu iddia edə bilərəm. Xüsusən də rəngli modelləri gənc qızların əlinə çox yaraşır. Bu kltaçların üstündə bəzi kitab və yazarların adı həkk olunub. Bu adlar isə klatçları estetik baxımdan çox zərif göstərir. Kitab klatçlardan imtina edən xanımlara rast gələcəyimə inanmıram. Onlar moda dünyasının fantastik işləri kimi hələ uzun müddət dəbsevərlərin qəlbini və dəb gündəmi işğal edəcək.

Hər biri üzərində incəliklə işlənmiş sənət əsəri kimi orijinallığı ilə diqqət çəkir. Klatçların üzərində yazılan romantik və sevgi romanlarının adı xanımları daha cazibəli göstərir. Əgər əl qabiliyyətiniz yaxşıdırsa, özünüz də birini hazırlaya bilərsiniz. Uzun müddət əl işlərindən uzaq düşdüyüm halda bu çantalara valeh olduğum andan özümə belə bir klatç düzəltməyə qərar verdim. Çünki hər xanım onu real dünyadan uzaqlaşdırıb sevgi, gözəllik və macəra dolu dünyaya səyahətə aparan özəl bir aksesuara ehtiyac duyur. Bu modellər isə sadaladıqlarıma ən yaxşı nümunədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm