• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ev dekorasiyasında sarı rəngin cazibəsi - FOTOLAR

Ev dekorasiyasında sarı rəngin cazibəsi - FOTOLAR

İnteryer trendləri arasında bəzi rənglər daha qabarıq hiss olunur. Bu rənglərin arasında sarı rəng həm mebel, həm də divarlarda daha çox istifadə edilir. Sarı rəng günəşi simvolizə etdiyi üçün evinizə inanılmaz enerji bəxş edəcək.

Xüsusən də bu mövsüm sarı rəngi bir çox rənglərlə birləşdirə bilərsiniz. Sarı boz, krem, ağ, yaşıl rənglərlə yaxşı uyğunlaşır. Daha nəzərə çarpan bir dizayn arzulayırsınızsa, bənövşəyini seçə bilərsiniz.

Görüntünü yumşaltmaq üçün sarını açıq rənglərlə uyğunlaşdırın. Sarı rəngi mətbəx və hamamda istifadə edərək qaranlıq yerləri işıqlandıra bilərsiniz.

Diqqət çəkən sarı rəngi ancaq tək mebellərdə və ya aksesuarlarda istifadə edin.

İnteryerdə daha fərqli bir şey fikirləşirsinizsə, sarını açıq yaşılla birləşdirin. Sarı rəngli soyuducunu yaşıl stullarla uyğunlaşdıra bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR