Hansı vitamin körpənin qüsursuz doğulmasına səbəb olur?
Bizi izləyin

Tabloid.az

Hansı vitamin körpənin qüsursuz doğulmasına səbəb olur?

Adətən həkimlər hamilə olmaq istəyən qadınlara fol turşusu, B vitamini qəbul etməyi məsləhət görür. Çünki B vitamini körpənin qüsursuz doğulmasına yardım edir. Yaşıl tərəvəzlərin, meyvələrin və qozların tərkibində təbii B vitamini var ki, bu da orqanizmdə

Adətən həkimlər hamilə olmaq istəyən qadınlara fol turşusu, B vitamini qəbul etməyi məsləhət görür. Çünki B vitamini körpənin qüsursuz doğulmasına yardım edir. Yaşıl tərəvəzlərin, meyvələrin və qozların tərkibində təbii B vitamini var ki, bu da orqanizmdə yeni, sağlam hüceyrələrin əmələ gəlməsinə yardım edir. B vitamini də daxil edilməklə, tərkibində fol turşusu olan vitaminlərin körpələrin mərkəzi sinir siteminin əsası olan neytral borunun formalaşmasında qüsurları aradan qaldırdığı üçün hamiləlikdən əvvəl qəbul edilməsi məsləhət görülür.

Sinir borusu insan beyninin rüşeymidir və inkişaf prosesində çox erkən qapanır. Bu boru düzgün qapanmayanda isə əsəb borusunda qüsurlar meydana gəlir. Sinir borusundakı qüsurlar onurğa, beyin qüsurlarına səbəb olur. Norveç tədqiqatçıları hamiləlikdən əvvəl və ya hamiləliyin başlanmasından dərhal sonra qəbul edilən dərmanların autizm də daxil edilməklə, körpədə əmələ gələ biləcək xəstəliklərin qarşısını ala biləcəyini araşdırıb.

Araşdırma qrupu hamiləliyin başlanğıcında vitamin B qəbul edən analarla, qəbul etməyən anaları müqayisə edib. Araşdırmaların nəticələri hamiləliyin ilk çağlarında B vitamini qəbul edən anaların körpələrində autizm xəstəliyi riskinin 40 faiz azaldığı, lakin hamiləliyin orta çağlarında B vitamini qəbul edənlərdə körpənin autizmlə doğulma riskinin azalmadığını göstərib.

Araşdırmanın müəllifi autizm riskinin qarşısını almaq üçün fol turşusu və B vitaminini vaxtı-vaxtında qəbul etməyi tövsiyə edib. Buna hamiləlikdən əvvəl başlanılır və hamiləlikdən iki ay sonra davam edilir.

“March of Dimes” təşkilatından həkim Ed Makkabi bildirib ki, qadınların çoxu hamiləliyi əvvəlcədən planlaşdırmadıqları üçün B vitamini qəbul etməyib, bir qisim qadınlar isə hamiləlik başlayan zaman B vitamininin qəbul edilməsinin vacibliyini bilmirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm