Çimərlikdə cazibədar görünməyin yolları – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Çimərlikdə cazibədar görünməyin yolları – FOTOLAR

Qadınlar çimərlikdə cazibədar görünmək istəyərkən bəzən səhv seçimlər edirlər. Tabloid.az düzgün bikini seçməyin və çimərlikdə çəkici görünməyin yollarını təqdim edir:

Qadınlar çimərlikdə cazibədar görünmək istəyərkən bəzən səhv seçimlər edirlər.

Tabloid.az düzgün bikini seçməyin və çimərlikdə çəkici görünməyin yollarını təqdim edir:

Bədəyə uyğun bikini necə seçilir?
Bikininin üstü adətən gündəlik istifadə edilən büstqalterdən 1 bədən kiçik olmalıdır. Suya girəndə bikini islanır və bu zaman sallanır. Buna görə, diqqətli olun. Alt hissə isə tam oturmalıdır. Boş olduğu zaman yenə suya girəndə pis görüntü yaranacaq. Tam oturda isə çəkici görünəcəksiniz.

Gözəl yerləri önə çıxarın
Çimərlikdə bədənin qüsurlu yerlərini gizlətmək mümkün deyil. Ancaq bədən tipinə uyğun bikini seçərsəniz, cazibəli yerləri layiqli şəkildə vurğulaya bilərsiniz. Məsələn, qarnınız varsa, retro tərzində bikini modellərinə müraciət etməklə, onu gizləyə bilərsiniz.

Dəblə ayaqlaşmaq məcburiyyətində deyilsiniz. Hər ilin dəbinə ayaqlaşmaq məqsədi ilə bədən ölçülərinizə uyğun olmayan bikinilər almayın. Siz başqalarını deyil, öz bədən ölçülərinizi nəzərə alın.

Düzgün vaxtda alış-verişə gedin. Bikini alış-verişinə səhərlər getmək lazımdır. Yemək yedikdən sonra bədən şişir.

İnternetin faydalarından yararlanın. Mağazalara getməzdən əvvəl yeni kolleksiyaların şəkillərini nəzərdən keçirin.

Parıltılı rənglərə qaçmayın. 1 həftəlik tətil ərzində 3-4 fərqli bikini geyinmək istəyirsinizsə, dəri tonuna yaraşan bikinilərdən başlayın. Solğun və qaralmamış dəridə parlaq rənglər çəkici görünmür. Qaraldıqca istədiyiniz rənglərə müraciət edə bilərsiniz.

Tələsmək lazım deyil. Çimərlik geyimini bədəninizdə yoxlamadan əsla almayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm