“Oksana səhnə yox, toy rəqqasəsidir”
Bizi izləyin

Tabloid.az

“Oksana səhnə yox, toy rəqqasəsidir”

Xoreoqraf Fərhad Vəliyev: “Rəqs mədəniyyətimizdə cılızlaşma gedir”

Xoreoqraf Fərhad Vəliyev: “Rəqs mədəniyyətimizdə cılızlaşma gedir”

Peşəkar xoreoqraf Fərhad Vəliyev narazıdır. Onu narahat edən son zamanlar xoreoqrafiya sənətində yaranan ciddi boşluqlardır. Sənətkarın fikrincə, hazırda peşəkar rəqs sənətində orijinal işlər yoxdur. Bütün rəqs nömrələri təkrarçılıqdır:

“Umimi götürəndə, sənətimizdə, yeni bir proqram, xoreoqrafiya yoxdur. Yeni və orijinal işlər yoxdur. Hamısı təkrarçılıqdır. Yeni quruluşlar, bacarıqlı mütəxəssislər yoxdur. Rəqs mədəniyyətimizdə cılızlaşma gedir. Peşəkar xoreoqraf kimi məni heç kim heyran edə, maraqlı iş göstərə bilmir”.

Şou-biznesdəki rəqqaslarla bağlı fikirlərini bildirən F.Vəliyev onların aradsında öz işinin öhdəsindən gələnlərin olduğunu vurğulayıb:

“İfaçılar var ki, onlara hər zaman kömək etməyə çalışıram. Müasir dövrdə maraqlı iş görmək lazımdır. Müasir xareoqrafiya rəqsləri olmalıdır. Maraqlı musiqi materialları və müsasir mövzular olmalıdır. Mən onların içində bir tək Fatimə Fətəliyevanın adını çəkə bilərəm. Sənət dostluğumuz var. Mən onun rəqslərini hazırlamaqda yardım edirəm. Forma və məzmun baxımından Fatimənin rəqs nömrələri maraqlıdır”.

F.Vəliyev bildirib ki, səhnədə olan rəqqaslar mədəniyyət işçiləri deyil. Onlar şou-biznes ifaçılarıdır:
“Belə baxanda, bəzilərinin yaxşı və zəif nömrələri olur. Onlar məclisdə oynayan rəqqasələrdir. Fatiməni xalq sevir. O, yaxşı nömrələr göstərir, repertuarı yaxşıdır. Rəşid Behbudov adına Teatrda yaxşı proqram göstərdi. 15-ə kimi rəqslər ifa etdi. Tahir Eynullayev, İlham Kərimli ilə rəqsləri oldu. Rəqs ansamblından da uşaqlar dəvət etmişdi. Çox gözəl də konsert alındı. Fatimənin çıxışı mədəniyyətimizə uyğun bir iş idi. Onun repertuarında yəhudi, Azərbaycan xalq rəqsləri, cürbəcür estrada nömrələri var idi. Mən başqalarında onu görməmişəm. Kimsə teatrda 15 nömrə oynamayıb və bizi dəvət etməyib ki, gəlin baxın”.

Bu günlərdə rəqqasələr arasında gedən qalmaqala münasibət bidirən rəqqas bunları deyib:

“Oksana Rəsulova toya gedir, səhnəyə çıxmır ki. O, səhnə rəqqasəsi deyil. O, toylarda, məclislərdə oynayır. Konkret proqramı yoxdur. Bir tək hind rəqslərini bacarır. Özünə görə də oynayır. Özünü göstərsin. Biz də görək ki, hansısa dünya xalq və Azərbaycan milli rəqslərini oynayır. Ya da ki, Qafqaz xalqlarının rəqslərini göstərsin”.

teleqraf.com
Oxumağa davam et
Reklam
Reklam

Gündəm