• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Birinci xanımın möhtəşəm zinət əşyaları - FOTOLAR

Birinci xanımın möhtəşəm zinət əşyaları - FOTOLAR

“Öz işinizi və aid olduğunuz yeri tapın. Daha sonra da istədiyiniz və bəyəndiyiniz zinət əşyasını taxın”, bu sözləri ABŞ-birinci xanımı Mişel Obama deyir.

Onun yaxşı geyinib-geyinmədiyi, dəb qaydalarına əməl edib-etmədiyi, zövqü olub-olmadığı barədə istənilən qədər mübahisə etmək olar. Lakin onun özünəməxsus üslubu olduğunu və bu üsluba sadiq qaldığını inkar edə bilmərik. Onun yaxşı və pis olması isə artıq zövq və təvəccöh məsələsidir. Xanım Obamanın parlaq və cəsarətli üslubu olduğuna şübhə ilə yanaşmaq və buna müdaxilə etmək isə düzgün olmazdı. Seçdiyi zinət əşyaları onun özünəməxsusluğunu vurğulamağa kömək edir.

Obama bütövlükdə obrazında parlaqlıq yaratmaq üçün zinət əşyalarından və aksessuarlardan çox istifadə edir. Gəlin etiraf edək ki, bu qadın zinət əşyalarını üzərində daşımağı da çox yaxşı bacarır. Onun bu sahədə məsləhətçisi olub-olmadığını dəqiq deyə bilmərəm, əgər varsa, məsləhətlərinə hər zaman əməl etmədiyi dəqiqdir. Onun üslubunda fərqli və maraqlı zinət əşyalarına tez-tez rast gəlirik. Bu da birinci xanımının protokol və etiket qaydalarına uyğun gəlmir və o, heç də onları həmişə bir-birinə uyğunlaşdıra bilmir. Onun saç düzümünü, geyimlərini və zinət əşyalarını tənqid edən dəb ustaları da kifayət qədərdir. Obama şəxsiyyəti ilə, hətta onu tənqid edənlərin də diqqətini cəlb edərək özünə qarşı maraq doğurur. Mənim diqqətimi isə onun dəbdəbəli zinət əşyaları çəkdi.

Tabloid.az bu gün Mişel Obamanın zinət əşyalarını araşdırıb. Obamanın zinət əşayaları arasında həm inanılmaz dərəcədə bahalı olanlara, həm də ucuz brendlərə rast gəldim.

Gəlin nəzərdən keçirək...

"Loree Rodkin" dəsti

"Irit Design BTW" dəsti

Miss Obama bahalı zərgərlik məhsulları ilə yanaşı, demokratik addım ataraq bijuteriya dəstlərini də dəyərli məhsulları kimi öz üzərində daşıyır. Məsələn, "Kimberly MacDonald" və "Tom Binns" kimi. Məhz onun sayəsində dünya "Tom Binns" markası ilə tanış olur.

M.Obama ABŞ tarixində ilk birinci ledidir ki, bijuteriya taxmağı özünə rəva görüb.

"Tom Binns Designs" mirvariləri (1145$)

"Kimberly MacDonald" (1425$)

Qeyd edim ki, "Tom Binns"-in istehsal edtiyi məhsulları bijuteriya adlandırmaq çox çətindir. Çünki bu brendin boyunbağısı "Tiffany & Co"-nun bahalı daş-qaşlarından, zinət əşyalarından heç fərqlənmir. Brend ən yaxşı dizayner aksessuarları üzrə mükafat da qazanıb.

Mişel Obamanın qolbaqları

Mişel Obama stilini tez-tez öz sevimli, dəqiq desəm, "Jordan Alexander"-dan olan qolbaqları ilə tamamlayır. Ağ və boz rəngin harmoniyası demək olar ki, bütün dəbdədli geyimlərə uyğun gəlir.

Bahalı zinət əşyalarına gəldikdə gənc dizayner Katie Deckeri xüsusi vurğulamaq lazımdır. Rəsmi tədbirlərin birində bu brendə müraciət etmişdi. Onun qollarını bəzəyən qolbağın ümumi dəyəri 42 150 dollardır.

"Kimberly McDonald"-ın brilliantlardan düzəldilən qolbaq və sırğası

Mişel Obama müasir dövrün nadir xanımlarındandır ki, broşlardan istifadə edir.

"Erickson Beamon"-dən broş

Birinci xanımın sırğaları - M.Obama böyük qaşlardan düzəldilən sırğalara üstünlük verir. "Bochic"-dən olan sırğalar

"Bochic" (5000$)

"Carla Amorim"in 18 karatlıq sarı qızıldan və narıncı sapfirdən düzəldilən sırğaları

"House of Lavande"nin sırğaları

"Avril Lavigne" sırğaları

"Kimberly McDonald" sırğaları

"Sutra Jewels" sırğaları

Boyunbağları

Birinci xanımın boyunbağılara böyük rəğbəti olduğu açıq-aydın nəzərə çarpır. Bu bəzək əşyalarında isə əfsanəvi məbləğlərə rast gəlmədim.

"St.Erasmus" (198$)

Bu boyunbağı müxtəlif sikkə və metal zəncirdən düzəldilib. (600$)

Robert Lee Morris (təxminən 3000$)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR