Göy qurşağı pəhrizi ilə arıqlayın
Bizi izləyin

Tabloid.az

Göy qurşağı pəhrizi ilə arıqlayın

Boşqabınızdakı yeməklər nə qədər rəngli olsa, sizə faydası o qədər çox olar. Göy qurşağı pəhrizi ilə menyunuza rəng və sağlamlıq qazandıra bilərsiniz. Türkiyə mətbuatına istinadən göy qurşağı pəhrizinin reseptini təqdim edirik:

Boşqabınızdakı yeməklər nə qədər rəngli olsa, sizə faydası o qədər çox olar. Göy qurşağı pəhrizi ilə menyunuza rəng və sağlamlıq qazandıra bilərsiniz. Türkiyə mətbuatına istinadən göy qurşağı pəhrizinin reseptini təqdim edirik:

Dərinin parıldaması üçün narıncı rəng. Narıncı rəngli qidaların tərkibində yüksək miqdarda karoten var. Məhsulun tərkibində beta-karoten nə qədər çox olsa, tərəvəzin və meyvənin rəngi bir o qədər parlaq olar. Beta-karoten dərini günəş şüalarından qoruyan gücə malikdir. Dəri günəş şüalarına məruz qaldığı zaman onu qoruyur. Orqanizmdə kifayət qədər beta-karotin varsa, dəri daha gənc görünür.

Nə yeməli? Qırmızı bibər, şaftalı, balqabaq, yerkökü, badımcan, pomidor, ərik.

Nə qədər yemeli? Gündə 2 dəfə 100-200 qram çiy, ya da yarı bişmiş halda yeyilməlidir.

Qan dövranı üçün qırmızı rəng. Qırmızı qidalar qan dövranını sürətləndirir, onların tərkibində antioksidantla zəngin olan güclü flavonoidlər var. Bu da qan dövranını sürətləndirir və damarları gücləndirir. Şişmiş ayaqlar və sellülitlə mübarizədə ən effektli qidalardır. Qan dövranı zəif olanlar pəhrizdə bu qidalara üstünlük verməlidirlər.

Nə yeməli? Çiyələk, böyürtkən, ağ tut, qara tut, moruq, qarağat, qırmızı üzüm və başqa qırmızı meyvələr.

Nə qədər yeməli? Gündə bir dəfə 100-200 qram yeyilməlidir.

Detoks yaşılı. Detoksun mənası, bədəndə yığılan toksik maddələrin atılması və uzaqlaşdırılmasıdır. Ancaq son zamanlarda tez-tez eşitdiyimiz detoks macəraları isə bağırsaqları boşaltmaqdan irəliyə gedə bilmir, hətta sağlamlığımızı təhdid edir.

İdeal detoks necə olmalıdır ki, sağlamlığımızı qorusun və möhkəmləndirsin? Ən real və faydalı detoks, sağlam qidalanma, hərəkətli həyat, bol su qəbulu və hər gün addım-addım yenilənməkdir. İdman və qidalanma vərdişlərini dəyişməklə, hər gün addım-addım irəliləyərək bədəni canlandırmaq olar.

Yaşıl qidalar, adətən tərəvəzlər, detoks üçün lazım olan sülfür, su və lif baxımından zəngindir. Bu qidalat stress, tütün, alkoqolun təsirlərini azaldır və bədəndə yığılan toksinləri təmizləyirlər. Özünüə bir yaxşılıq edin və yaşıl detoksa başlayın.

Nə yeməli? Brokoli, balqabaq, ispanaq, paxla, soğan, cəfəri.

Nə qədər yeməli? Səhər və axşam yeməklərində ən az 200 qram bişmiş tərəvəz yeyilməlidir. Lif baxımından zəngin olan ərzaqlar yeyilməlidir. Lifli qidalar insanı uzun müddət tox saxlayır.

Toxluq hissi verən ağ rəng. Ağ saflığın rəngidir, qidalanma dəyəri baxımından yüksək zülal deməkdir. Bədənin əzələlərinin yağdan daha çox zülala ehtiyacı var. Zülal eyni zamanda, toxluq hissi aşılayır və çəki atmağa kömək edir. Süd məhsullarının tərkibindəki kalsium sümükləri və dişləri möhkəmləndirir. Çəki atmağa kömək edir.

Nə yeməli?Ağ ət (toyuq, hinduşka), balıq, dəniz və süd məhsulları

Nə qədər yeməli? Gündə 3 porsiya süd və hər yeməkdə 150-200 qram ət, ya da balıq yeməlisiniz.

Enerji üçün sarı rəng. Sarı rəngli qidalar adətən ən çox kalorili və çox enerji verən qidalardır. Yağlar və kompleks karbohidratlar kimi. Kaloriləri yüksək olsa da, enerji vermələri üçün bədənin bu qidalara ehtiyacı çoxdur. Həmçinin onların tərkibində B vitamini sağlam dəri, saç və dırnaqların ehtiyacı olan E vitamini və turşular var.

Nə yeməli? Bitki mənşəlli yağlar, kərə yağ, marqarin, kartof, makaron, düyü və çörək.

Nə qədər yeməli? Hər gün 10 qram yağ qəbul etməliyik. Məsələn, 1 çay qaşığı zeytuny yağı, 50 qram çörək və ya 100 qram bişmiş nişasta.

Pəhrizin menyusu:

Səhər

Limonlu çay
40 qram qerkules
1 kasa süd
2-3 qaysı

Günorta yeməyi
Limonlu yerkökü salatı
150 qram hinduşka əti
200 qram balqabaq
100 qram keşniş

Acmısınızsa:

1 dilim qarpız, ya da yemiş
1 kiçik kasa qatıq

1 şaftalı

Axşam yeməyi

1 kasa pomidor supu
qızardılmış balıq
buxarda bişmiş yaşıl təvəzlər və göyərtilər

Şirniyyat
100 qram yağsız pendir
200 qram çiyələk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm