7 yaşlı Azərbaycanlı qız Avropaya gedir
Bizi izləyin

Tabloid.az

7 yaşlı Azərbaycanlı qız Avropaya gedir

Azərbaycan növbəti dəfə Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçirilən “Golden Sparkles European Music Festival”da təmsil olunacaq. Tabloid.az-ın məlumatına görə, müsabiqədə ölkəmizi 7 yaşlı Aylin Nəcəfli təmsil edəcək. Dövlət Kukla Teatrının so

Azərbaycan növbəti dəfə Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçirilən “Golden Sparkles European Music Festival”da təmsil olunacaq. Tabloid.az-ın məlumatına görə, müsabiqədə ölkəmizi 7 yaşlı Aylin Nəcəfli təmsil edəcək. Dövlət Kukla Teatrının solisti olan Aylin lap kiçik yaşlarından teatrın tamaşalarında iştirak edir.

Qeyd edək ki, 30-a yaxın ölkənin iştirak edəcəyi festivalda Azərbaycan nümayəndə heyətinin rəhbəri və ölkəmizi münsiflər heyətində prodüser, fəlsəfə elmləri doktoru Hüseyn Cavadzadə təmsil edir.

O, açıqlamasında müsabiqə ilə bağlı bunları söylədi: “İkinci ildir ki, sözügedən müsabiqədə iştirak edirik. Aylin çox gözəl musiqi duyumuna malikdir və istedadlıdır. İnanıram çox gözəl nəticə ilə geri qayıdacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm