Keyt Uinslet “erməni olacaq”
Bizi izləyin

Tabloid.az

Keyt Uinslet “erməni olacaq”

Türkiyə 1915-ci il hadisələrinin 100-cü ilini Hollivud ulduzlarının rol alacağı bir filmlə qarşılayacaq.

Türkiyə 1915-ci il hadisələrinin 100-cü ilini Hollivud ulduzlarının da rol alacağı bir filmlə qarşılayacaq. Belə ki, məşhur aktrisa Keyt Uinsletin baş rolda oynayacağı "Ruhumdakı Boşluq" adlı filmdə 1915-ci il hadisələrindən bəhs ediləcək. Keyt filmdə erməni tibb bacısı obrazını canlandıracaq.

Uinsletin tərəf müqabili isə Mark Uahlberq olacaq.

Filmdə ermənilərlə yanaşı türklərin və kürdlərin yaşadığı faciə təsvir olunacaq.

Filmdə hadisələr Vanda baş verir. Hollivud şirkəti tərəfindən çəkiləcək filmin çəkilişləri əsasən, Akdamar adası, Ağrı və Ərzurumda aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm