Makiyaj fırçalarını necə seçməli? - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Makiyaj fırçalarını necə seçməli? - FOTOLAR

Makiyaj fırçalarını necə seçməli? - FOTOLAR

Yaxşı makiyajın əsas sirri fırçadadır. Düzgün makiyaj fırçasından istifadə edərək istədiyiniz nəticəni əldə edə bilərsiniz.

Yumşaq ənlik fırçası – Ənlik fırçası ənliyi bərabər miqdarda yaymağa kömək edir. Gözlərdə təbii parlaqlıq yaratmaq üçün qaş və göz qapaqlarının arasına fırçada qalan ənliyi çəkə bilərsiniz. Fırçanın tükləri yumşaq, amma üzə çəkə bilmək üçün dayanıqlı olmalıdır.

Qaş darağı – Yeni mövsümün ən diqqət çəkən detallarından biri də qalın qaşlardır. Qalın qaşlar dəbdə olduğu üçün qaş darağı mütləqdir.

Korrektor – Korrektor fırçası adatən küt və qısa olmalıdır. Korrektorun dəriyə daha yaxşı nüfuz etməsi və ləkələrin gizlətmək üçün fırçadan istifadə edin. Bu fırçalardan göz çevrəsi də daxil olmaqla, bütün üzə çəkə bilərsiniz. Bu fıça kremi üzə yağ kimi rahat yaymağa kömək edir.

Kirşan fırçası – Kirşanı üzə yaxşı çəkmək üçün fırçanın tüklərinin çox sərt olmamasına diqqət edin, əks halda üzünüz qıcıqlana bilər. Fırçanın tükləri uzun və yumşaq olmalıdır. Təbii, dovşan tükündən hazırlanan fırçalar daha yaxşı effekt verir.

Göz kölgəsi – Bu mövsüm qara qələmlə haşiyəyə alınmış göz makiyajı o qədər də aktual deyil. Gözlərdə bu mövsüm dumanlı və dağınıq göz makiyajı hakimdir. Göz makiyajında istifadə edilən fırçaların ucu yumru, qısa və yumşaq olur. Kölgələrin daha tünd görünməsini istəyirsinizsə, süngər tipli fırça istifadə edin.

Qələm – Gözləri qələmlə deyil, qələm fırçası ilə çəkmək istiyirsinizsə, küt uclu, nazik fırçalar seçin. Bu fırçalarla qara xətti çəkmək daha asan olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm