Azərbaycanın tanınmış müğənnisi həbs edildi - FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycanın tanınmış müğənnisi həbs edildi - FOTO

Azərbaycanlı müğənninin həbs xəbəri yayılıb. "Şadan" qrupunun rəhbəri müğənni İntizar Rusiyanın Sankt-Peterburq şəhərində tutulub.

Azərbaycanlı müğənninin həbs xəbəri yayılıb. "Şadan" qrupunun rəhbəri müğənni İntizar Rusiyanın Sankt-Peterburq şəhərində tutulub.

İfaçı bir neçə ay öncə Rusiyadan birdəfəlik deportasiya edilib. Amma buna baxmayaraq, İntizar təxminən 10 gün öncə, sənət dostu Rəşadla birgə Rusiyaya gizli yolla gedərkən, hüquq-mühafizə işçiləri tərəfindən saxlanılıb. Müğənninin Rusiyaya bu dəfəki gedişinin səbəbi xalası oğlunun orada baş tutacaq toy mərasimi olub.

Əldə etdiyimiz məlumata görə, İntizar əməkdar artist Ədalət Şükürovun xahişi ilə, Sankt Peterburqdan Moskvaya gətirilib. 50 gün ərzində müğənninin Moskvadan kənara çıxmasına qadağa qoyulub. Buna səbəb isə məhkəmənin həmin işi araşdırması göstərilib.

Xatırladaq ki, müğənninin 50 gün ərzində Bakıda iştirak etməli olduğu toy məclislərini Ədalət Şükürov və Qala qrupu idarə edəcək.

/Gecce.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm