• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Yayın ən dəbli donları - FOTOLAR

Yayın ən dəbli donları - FOTOLAR

Köynək-donlar

Yay dəbinin önə çıxan trendlərindən biri də köynəyi xatırladan donlardır. Köynək donları klassikləşmiş, amma dəbdən düşməyən geyim kimi xarakterizə etmək olar. Belə donlar idman tərzinə yaxın olsa da, istənilən məkana uyğun şıqlıq vəd edir. Hər bir xanımın yay qarderobuna bu modeldən heç olmasa bir ədəd daxil olmalıdır. Dəb sevərlər bütün markaların yay kolleksiyalarında köynək-donlardan asanlıqla tapa bilərlər. Köynək donların ən trend rəngi isə açıq mavinin və ağın müxtəlif çalarlarıdır.

Köynək donlar moda dünyasına çoxdan tanış olan geyimdir. Əslində, ilk dəfə Amerikada ideal ev qadınları üçün hazırlanmışdı. II Dünya müharibəsində isə işçi qüvvəsinin əlverişli uniformasına çevrilir. Ümumiyyətlə, köynək donlar uzun müddət gündəlik geyim kimi istifadə olunub. Lakin məşhur kuturye Kristian Dior bu modelə yeni həyat verir. Belə ki, onu nazik parçadan tikir, qadın belinin zərifliyini vurğulamaq üçün isə kəmər əlavə edir.

1940-cı illərdən etibarən məşhurlaşan köynək-donlar sonralar klassikləşməyə başlayır. Son iki ildir ki, dizaynerlər onu sevə-sevə kolleksiyalarına daxil ediblər. Bu geyimin həm sadə, həm idman, həm də gecə ziyafətləri üçün nəzərdə tutulan modelləri var. Daha sadə olan variantı ofisə, rəngli modelləri gündəlik, alış-verişə gedərkən geyinə bilərsiniz.

Köynək donları idman, dikdaban, düz səndəllər və baletkalarla da uyğunlaşdıra bilərsiniz. Klassik modellər hətta stillettolarla əla yaraşır.

Sərin havalarda üstünə jaket və ya bleyzerlə ata bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR