Saçı tez uzadan təbii üsullar
Bizi izləyin

Tabloid.az

Saçı tez uzadan təbii üsullar

Saçınızın daha tez uzanmasını istəyirsiniz? Lakin buna nail ola bilmirsiniz? Məsləhətlərə əməl etməklə daha yaxşı nəticə əldə bilərsiniz.

Siz də bir çoxları kimi dəyişmək və fərqli imic yaratmaq üçün uzun saçınızı kəsdirmisiniz? Amma bir müddət sonra peşman olmuşunuz? Narahat olmayın, məsləhətlərə əməl edərək, istədiyiniz nəticəni daha tez əldə edə bilərsiniz.

İlk növbədə sağlam qidalanmaya xüsusi fikir verməli və saçları kimyəvi maddələrin təsirlərindən uzaq tutmaq lazımdı.

Bir avokadonun yarısını iki ədəd bildirçin yumurtası, iki xörək qaşığı küncüt yağı ilə qarışdırın və saçınıza boya çəkirmiş kimi çəkin. Daha sonra saçınızı streçlə (salafan) bürüyün və iki saat gözləyin. Bu maska saça yaxşı təsir edir.

Mixəyi çay kimi dəmləyib, suyunu saçların dibinə çəkin. Saç dibini masaj edərək çəkin. Bu kəpəyin də azalmasına kömək edir.

Saçınızın çox gec uzanmasından şikayətçisinizsə, bir avokadonun yarısını əzərək püre halına gətirin. İçərisinə 5 çay qaşığı üzüm çəyirdəyi yağı ilə eyni ölçüdə soya yağı əlavə edin. Bu üç komponenti yaxşı qarışdırmaq lazımdır. Krem halına gəldikdə saçın diblərinə sürtün. Daha sonra başınızı isti dəsmalla bağlayın və bir saat gözləyin. Bu maska həm saç tökülməsini azaldacaq, həm də saçın inanılmaz sürətdə uzanmasını təmin edəcək. Bu xüsusi maskanı həftədə bir dəfədən çox istifadə etmək olmaz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm