Tabloid.az
Gənc qalmaq üçün vacib olan 10 vitamin
İnsan orqanizmi üçün vitamin və minerallar vacibdir. İmmun sisteminin güclənməsi, o cümlədən gəncliyin və gözəlliyin qorunması üçün də vitaminlərin rolu əvəzolunmazdır.
Ancaq araşdırmalar göstərib ki, vitamin və minerallardan 10-u gənc qalmaq üçün daha önəmlidir.
Tabloid.az həmin vitamin və mineralların siyahısını təqdim edir:
1. Kalium ürəyin normal fəaliyyəti üçün faydalıdır. Ərik qurusu, üzüm, pomidor, tomat şirəsi və bananda kalium var.
2. Kalsium osteoporoz xəstəliyinin qarşısını alır. Sümükləri və dişləri möhkəmləndirir. Süd məhsulları kalsiumla zəngindir.
3. C vitamini orqanizmin bütün funksiyaları üçün vacibdi. Bu vitamin maddələr mübadiləsini yaxşılaşdırır, mövsümü infeksiyalara qarşı qoruyur. Daha çox kələmdə, sitrus meyvələrin, çaytikanının, bibərin, qara və qırmızı quşüzümünün tərkibində olur.
4. Dəmir insana gümrahlıq verir, yorğunluqla mübarizəyə kömək edir. Malın içalatında, yaşıl almanın tərkibində dəmirin miqdarı çoxdur.
5.Beta-karotin orqanizmdə A vitamininə çevrilir. Antioksidantdır və dərinin elastikliyi üçün çox vacibdir. Daha çox kartof, yerkökü, təzə ərik və yaşıl bibərdə var.
6. B 15 vitamini orqanizmi toksinlərdən təmizləyir. Fiziki fəallığı artırır, maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdəki hüceyrələrin yenilənməsi prosesini sürətləndirir.
7. Fol turşusu hamiləliyi daha yaxşı keçirməyə kömək edir. Həm də dölün normal inkişafı üçün vacibdir. Ürək-damar sistemi və əsəb xəstəliklərindən qoruyur. Tünd yaşıl tərəvəzlərdə, sitrus meyvələrinin tərkibində olur.
8. D vitamini kalsium ilə
birlikdə sümük və dişləri qoruyur. İkinci tip diabetdən qoruyur.
Əsasən, günəş şüasının təsiri ilə yaranır. Dəniz məhsullarının,
balıq yağının, ciyərin tərkibində də var.
9. E vitamini qan damarlarının divarlarını
möhkəmləndirir və yaşlanma prosesini yavaşladır. Yağların
tərkibində var.
10. B 10 vitamini ultrabənövşəyi şüaların ziyanlı
təsirindən qoruyur, orqanizmin xarici mühitin mənfi təsirindən
müdafiə olunmağa kömək edir.
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO