Röya: “Paltarlarımı gəlinlərim geyər”
Bizi izləyin

Tabloid.az

Röya: “Paltarlarımı gəlinlərim geyər”

Müğənni Röya qonağı olduğu “Solo” verilişində özüylə bağlı maraqlı açıqlamalar verib. Dediyinə görə, onun barəsində kitab yazmaq istəyirlər: “Bir nəfər oğlan mənə yaxınlaşdı ki, sənin haqqında kitab yazmaq istəyirəm. Soruşdum ki, məni tanıyırsan, mənimlə

Müğənni Röya qonağı olduğu “Solo” verilişində özüylə bağlı maraqlı açıqlamalar verib. Dediyinə görə, onun barəsində kitab yazmaq istəyirlər: “Bir nəfər oğlan mənə yaxınlaşdı ki, sənin haqqında kitab yazmaq istəyirəm. Soruşdum ki, məni tanıyırsan, mənimlə ünsiyyətdə olmusan? Cavab verdi ki, yox. Dedim ki, məni tanımırsansa, bəs, onda necə kitab yazacaqsan məndən? Cavab verdi ki, haqqında yazılan məqalələr və efirdə verdiyin açıqlamalara əsasən. Dedim ki, sənin heç mənim həyatımdan xəbərin yoxdur ki… Elə şeylər var, onlar mənim içimdədir”.

Röya geyimi ilə də bağlı danışıb. Ayaqqabı, çanta və eynək xəstəsi olduğunu deyən Röya artıq qalan geyimlərinin çoxunu qarderobunda saxladığını bildirdi: “Geyimlərimin az hissəsini qohumlara verirəm. Çoxu parıldayır, yazıq qızlar onları geyinib hara gedəcəklər? Saxlayıram özümdə gəlinlərim geyinər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm